• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
bobi-it

Bobi (it)

Bobi (11 may 1992[a] – 21 oktyabr 2023) Portuqaliyanın Leyriya dairəsinin Konkeyros şəhərində Leonel Kostanın himayəsində olan erkək, saf cins Rafeiro do Alentejo iti idi. Bobinin sahibi onun dünyada yaşamış ən yaşlı it olduğunu və 30 yaşına çatmış ilk it olduğunu iddia edirdi. 2 fevral 2023-cü ildə Bobi Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı yaşayan iti, həmçinin tarixdə qeydə alınmış ən yaşlı it kimi təsdiqləndi. Lakin baytarlar onun həqiqi yaşı ilə bağlı şübhələrə düşdükdən sonra araşdırma aparıldı. Qeydləri ləğv edildikdən sonra onun rekordu da ləğv edildi. Bobi 21 oktyabr 2023-cü ildə öldü və bildirilənə görə, 31 yaş 163 günlük idi. Erkən həyatı Bobinin sahibi Leonel Kostanın sözlərinə görə, Bobi dörd erkək baladan biri kimi, ailəsinin odun saxladığı yardımçı tikilidə doğulmuşdu. Kostanın atası daha çox heyvana qulluq etmək istəmədiyi üçün, Bobinin qardaşlarını diri-diri basdırmışdı. Bobinin rəngi doğulduğu tövlədəki odunla eyni olduğundan, atası digərlərini basdırmaq üçün götürərkən bu dördüncü balanı görməmişdi. İlkin təsdiqlənməsi Əvvəlcə Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənən Bobi 1 fevral 2023-cü ildə aparılan qiymətləndirməyə əsasən 30 yaş 266 günlük olmaqla, təsdiqlənmiş ən yaşlı yaşayan it və tarixdə təsdiqlənmiş ən yaşlı it kimi qəbul edilmişdi. Bununla Bobidən əvvəlki rekordun sahibi olan, 14 noyabr 1939-cu ildə 29 yaş 5 aylığında evtanaziya edilən dişi Avstraliya çoban iti Bluyenin rekordu geridə qalmışdı. 7 dekabr 2022-ci ildə ABŞ-ın Ohayo ştatında 23 yaşlı çixuaxua cinsli Spayk, dünyanın ən yaşlı yaşayan iti kimi təsdiqlənmişdi. Lakin bu titul qısa müddət davam etdi, çünki iki həftə sonra Bobinin yaşı təsdiqləndi. Bobinin ölümündən sonra Spayk dünyanın ən yaşlı yaşayan iti titulunu yenidən qazandı. İddianın araşdırılması 29 oktyabr 2023-cü ildə Ginnesin Rekordlar Kitabı baytarların Bobinin yaşı ilə bağlı suallarını və ictimaiyyət üçün açıq şəkildə təqdim olunan sübutların olmaması ilə bağlı narahatlıqları nəzərə alaraq, onun yaşını yenidən araşdıracağını açıqladı. Əvvəlcə Bobinin yaşı, Portuqaliya hökumətinin ev heyvanları məlumat bazasından istifadə edilərək təsdiqlənmişdi. Lakin sonrakı araşdırma göstərdi ki, məlumat bazasında 2008-ci ildən əvvəl doğulmuş itlər üçün doğum tarixini təsdiq edən sübut tələb olunmurdu. Həmçinin Bobinin gənc yaşlarında çəkildiyi yayılan fotoşəkillərin, onun nişanələrinə görə başqa itə aid olduğu ehtimal edilirdi, lakin bu heç vaxt tam təsdiqlənməyib. 2024-cü ilin yanvarında Ginnesin Rekordlar Kitabı araşdırma aparıldığı müddətdə Bobinin titulunu dayandırdı. Bir ay sonra onun doğum tarixini təsdiqləyən sübutların kifayət qədər olmaması səbəbindən, Bobinin sertifikatı ləğv edildi. Bobinin yaşının araşdırılmasından sonra Ginnesin Dünya Rekordları ən yaşlı it rekordlarının təsdiqlənməsi zamanı daha çox sübut tələb edəcəyini bildirdi və Bobinin rekordu ilə bağlı yeni sübutları yenidən qiymətləndirəcəyini açıqladı. Sonrakı həyatı və ölümü Sahibləri Bobinin yaşı üçün səhhətinin kifayət qədər yaxşı olduğunu, lakin yerimək, görmə və tənəffüslə bağlı bəzi problemlərinin olduğunu bildirirdilər. Bobi axtalanmamışdı. Kosta ailəsi Bobinin uzunömürlülüyünü «sakit, dinc mühit» və ənənəvi it yemi əvəzinə təzə qida qəbul etməsi ilə əlaqələndirirdi. Onun uzunömürlülüyünün genetik səbəblərlə bağlı olduğu da ehtimal edilirdi, çünki anası 18 il yaşamışdı. 2023-cü ildə qeyd olunan Bobinin 31-ci doğum günü münasibətilə 100 qonaq dəvət edilmişdi. Tədbirdə ət və balıq yeyilmiş, həmçinin rəqqaslar truppasının çıxışı olmuşdu. Bobi 21 oktyabr 2023-cü ildə evində öldü. Həmçinin bax İtlər Haçiko Layka Qeydlər İstinadlar


İstinadlar

Tarix : 9 sentyabr 2026