- Wikisun
Bo-taosi (yapon. 棒倒し, Hepburn: bōtaoshi, "dirək yıxmaq") - Yaponiyada məktəblərdə idman günlərində oynanan, bayraq tutmağa bənzər oyun. Ənənəvi olaraq Yaponiyanın Milli Müdafiə Akademiyasında (NDA) kursantlar tərəfindən yubileylərdə oynanır. Qaydalar Bir qarşılaşma iki dəqiqə davam edir. Komanda dirəyinin 30° bucaqdan çox əyilməsi məğlubiyyət hesab olunur. Hakim bunu bayraqla göstərir, sonra isə qalibi elan edir. Qarşılaşma vaxtı ərzində heç bir komandanın dirəyi endirilməsə, matç qərarsız qalır və təkrarlanır. Komanda hücumçulara və müdafiəçilərə bölünən 150 oyunçudan ibarətdir. Hər komanda 75 hücumçu və 75 müdafiəçi olur. Hücumçular öz komandalarının rəngində, müdafiə oyunçuları isə ağ köynək geyinirlər. Yumruq vurmaq, təpikləmək, boğmaq, başları çəkmək və buna bənzər təhlükəli kobudluq qadağandır.
https://en.wikipedia.org/wiki/Bo-taoshi
https://www.treehugger.com/bo-taoshi-exploring-the-beautifully-dangerous-sport-of-pole-toppling-4868385
https://www.nytimes.com/2018/08/22/sports/botaoshi-japan.html
https://lionsroarnews.com/19585/international-sports-botaoshi/sports/
https://dbpedia.org/page/Bo-taoshi
Tarix : 27 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.