• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
blyth-cennet-milcekqapani

Blyth cənnət milçəkqapanı

Blyth cənnət milçəkqapanı (Terpsiphone affinis)-həmçinin şərq cənnət milçəkqapanı kimi tanınan, "Monarchidae" fəsiləsinə aid olan bir quş növü. Ümumi məlumat Bu növ həmişəyaşıl enliyarpaqlı meşələrdə və meşə kənarlarında, o cümlədən ikinci dərəcəli meşələrdə, bağlarda və plantasiyalarda, adətən düzənlik və təpəlik ərazilərdə yaşayır. Bəzi populyasiyalar miqrasiya edir. Bu növ Çinin cənubundan Sumatraya və Melaneziyaya qədər yayılmışdır. Əvvəllər Asiya cənnət milçəkqapanının yarımnövü kimi qəbul edilirdi, lakin 2015-ci ildə "Beynəlxalq Ornitoloji Komitə" (IOC) tərəfindən ayrı bir növ kimi tanındı. Yarımnövlər On yarımnöv tanınır: -"Terpsiphone affinis saturatior" - (Salomonsen, 1933): Nepalin şərq hissələrində və şimal-şərqi Hindistanda, şərqi Banqladeş və şimal Myanmarda çoxalır; Malayziyada olan populyasiyalar şimala miqrasiya edir. -"Terpsiphone affinis nicobarica" - (Oates, 1890): Əvvəlcə ayrı bir növ kimi təsvir edilmişdir. Nikobar adalarında tapılır. -"Terpsiphone affinis burmae" - (Salomonsen, 1933): Mərkəzi Myanmarda tapılır. -"Terpsiphone affinis indochinensis" - (Salomonsen, 1933): Şərqi Myanmarda və cənubi Çindən Hindçinə qədər tapılır. -"Terpsiphone affinis affinis" - (Blyth, 1846): Malay yarımadasında və Sumatrada tapılır. -"Terpsiphone affinis procera" - (Richmond, 1903): Əvvəlcə ayrı bir növ kimi təsvir edilmişdir. Simeuluedə (şimal-qərb Sumatranın yaxınlığında) tapılır. -"Terpsiphone affinis insularis" - (Salvadori, 1887): Əvvəlcə ayrı bir növ kimi təsvir edilmişdir. Niasda (şimal-qərb Sumatranın yaxınlığında) tapılır. -"Terpsiphone affinis borneensis" - (Hartert, 1916): Borneoda tapılır. -"Terpsiphone affinis sumbaensis" - (Meyer, AB, 1894): Əvvəlcə ayrı bir növ kimi təsvir edilmişdir. Sumbada (cənub Kiçik Sunda adalarında) tapılır. Tenggara cənnət milçəkqapanı (Terpsiphone floris), Sumbava, Alor, Lembata və Floresdə (mərkəzi Kiçik Sunda adalarında) tapılır və əvvəllər yarımnöv kimi qəbul edilirdi, lakin son zamanlar ayrı bir növ kimi təsnif edilmişdir. Təsvir Blyth cənnət milçəkqapanı tipik bir cənnət milçəkqapanıdır və cazibədar lələklərə malikdir. Erkəklərdə dimorfizm müşahidə olunur, həm qırmızımtıl, həm də ağ lələk variantları var. Hər iki morf qara baş, kiçik, üçbucaq şəkilli krest və mavi göz halqası ilə xarakterizə olunur. Çoxalma dövründə erkəklər uzun mərkəzi quyruq lələklərinə malik olur ki, bu da, bədən uzunluğunun demək olar ki, iki qatıdır. Dişilər çoxalma dövründə olmayan qırmızımtıl erkəklərə bənzəyir, lakin adətən daha solğun mavi göz halqası və bir qədər açıq rəngli başa malikdirlər. Ağ morflar qanad və mərkəzi quyruq lələklərində tünd zolaqlar göstərir. Amur cənnət milçəkqapanı, Hindistan cənnət milçəkqapanı və qara cənnət milçəkqapanının dişiləri ilə oxşarlığı səbəbindən identifikasiya çətin ola bilər. Fərqləndirici xüsusiyyətlərə Blyth cənnət milçəkqapanının qısa, yumru kresti (Hindistan cənnət milçəkqapanının uzun, iti krestindən fərqli), qırmızımtıl morfların açıq qırmızımtıl quyruq altı (Amur cənnət milçəkqapanının ağ və qara cənnət milçəkqapanının qara quyruq altından fərqli) və qırmızımtıl morfların alt hissələrində tədricən boz rəngə keçidi daxildir, digər növlərdə müşahidə olunan kəskin kontrast yoxdur. Mahnısı "wiwiwiwiwiwiwi" notlarından ibarət zəngli bir silsilədir, çağırışı isə burundan gələn "ji-jeh" və ya "ji-jeh-jeh" səsidir.


İstinadlar

Tarix : 15 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.