• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
3
0
2
2
biever-teryeri

Biever teryeri

Biever teryeri - Almaniya mənşəli oyuncaq it növü olub, "resessiv piebald" geni daşıyan iki "Yorkshire" teryerinin cütləşməsi nəticəsində yaranmışdır. Tarix İlk dəfə 1984-cü ildə Almaniyada, Werner və Gertrude Biever cütlüyü tərəfindən yetişdirilmişdir. Onların evində üçrəngli bala dünyaya gəldikdən sonra, veterinar həkim olan dostları bu yeni növün "Biever Yorkshire" teryeri adlandırılmasını təklif etdi. "Schneeflockchen von Friedheck" və "Schneeman" adlı iki it balası müğənni Margot Eskensə satıldı. O, növün tam adına “a la Pom Pon” ifadəsini əlavə etməyi təklif etdi və beləliklə, növün tam adı "Biever Yorkshire Terier a la Pom Pon" oldu. Amerikalı itsevərlər bu növü 2002-ci ildə Almaniyadan ABŞ-a idxal etməyə başladılar. Biever teryeri getdikcə populyarlaşdı və 2006-cı ildə bu növü təşviq etmək məqsədi ilə "Biever Teryeri Klubu" (BTCA) yaradıldı. BTCA üzvləri "Mars Veterinary" ilə əlaqə saxlayaraq, Biever Teryerinin "Yorkshire" Teryerindən ayrı bir növ olduğunu təsdiqlədilər. Biever Teryerindən alınan on qan nümunəsinin təhlili göstərdi ki, bu növ "Yorkshire" Teryerindən fərqlidir, çünki DNA testləri göstərib ki, Biever "Yorkshire" Teryerinin ilkin mərhələlərində "Maltese", "Bichon Frise", "Havanese" və digər oyuncaq it növləri iştirak edib, bu da onların xarakter fərqlərinə səbəb olub. Bu növ 2014-cü ildə AKC-nın "Foundation Stock Service"-nə daxil edildi və 2021-ci ildə Amerikan Kennel Klubu tərəfindən tanınan 197-ci növ oldu. Xüsusiyyətlər Biever teryeri kiçik bir it növüdür və ana növü olan "Yorkshire" teryerinə bənzəyir. Onun incə, düz və ipək kimi yumşaq tükləri var. "Yorkshire"dən fərqli olaraq, Biever teryerlərinin quyruğu ənənəvi olaraq kəsilmir və onlar iki üçrəngli kombinasiyada olur: ağ, mavi və qara və ya ağ, qara və qızılı/qəhvəyi. Bu rənglənmə "resessiv piebald" geni ilə əlaqədardır. Biever teryerlərinin çəkisi 1,8–3.6, boyu isə 18–28 sm arasında dəyişir. Xarakter Biever teryerləri mehriban və fəal yoldaşlardır. Bu itlər ictimai xarakter daşıyır, sahibləri ilə güclü əlaqə qurur və yad adamlara qarşı dostcasına davranırlar. Onların enerjili təbiəti müxtəlif fəaliyyətlər üçün uyğundur və insanlarla qarşılıqlı əlaqədə olmaqdan zövq alırlar. Sağlamlıq Biever teryerləri traxeyanın çökməsi, məsamə daşları, "patellar luksasiya", "konjenital portosistemik şunt" və "hipoklimeziya" kimi müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkə bilər. Bu xəstəliklərə baxmayaraq 12-15 il ömür sürürlər. Ən çox qoyulan 5 ad 1.Pepin 2.Fonzie 3.Chuckie 4.Matti 5.Pippi


İstinadlar

Tarix : 13 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.