• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
3
0
2
2
berqamask-coban-iti

Berqamask çoban iti

Berqamask çoban iti (İtalyanca: Cane da Pastore Bergamasco) - İtaliyaya aid olan çoban iti növü. Bu növ, "Alpi e Prealpi Bergamasche" bölgəsində yaranmış və həm qoyun, həm də mal-qara sürülərini idarə etmək üçün istifadə edilmişdir. Tarix Berqamask çoban itinin mənşəyi tam olaraq məlum deyil. 2018-ci ildə aparılmış genetik tədqiqatlar, bu növün digər Avropa it növləri ilə, o cümlədən "Berger Picard", "Bernese Mountain Dog" və "Briard" ilə genetik oxşarlıqlarını aşkar etmişdir. Bu tip it, ilk dəfə 1881-ci ildə Milan şəhərində keçirilən ilk İtaliya it sərgisində nümayiş etdirilmişdir. Növün İtaliyanın milli it qeydiyyat kitabı olan "Libro Origini Italiano"-da ilk qeydiyyatı 1891-ci ildə olmuşdur. 1949-cu ildə isə "Associazione Amatori del Cane da Pastore Bergamasco" adlı növün tərəfdarları assosiasiyası yaradılmışdır. Berqamask Çoban İti, 1956-cı ildə "Ente Nazionale della Cinofilia Italiana" tərəfindən tanınmış və eyni il "Fédération Cynologique Internationale" tərəfindən də rəsmi olaraq qəbul edilmişdir. 2011-ci ildən 2019-cu ilə qədər olan doqquz il ərzində İtaliyada illik qeydiyyatlar orta hesabla 97 idi. Maksimum 149, minimum isə 48 qeydiyyat olmuşdur. Xüsusiyyətlər Orta ölçüdə, möhkəm bir itdir. Bədən quruluşu baxımından yaxşı nisbətlərə malikdir və yan tərəfdən baxıldıqda təxminən kvadrat formadadır. Bədənin uzunluğu, çiyin hündürlüyü ilə təxminən eynidir. Erkəklərin hündürlüyü 58-62 sm, çəkisi isə təxminən 32-38 kq arasındadır. Dişilər isə təxminən 4 sm daha kiçik olur və orta hesabla 6 kq daha yüngüldür. Bu növün ən diqqətçəkən xüsusiyyəti, bədənin hər tərəfini örtən uzun və qalın tüküdür. Xüsusilə bədənin arxa hissəsində tüklər uzun və dolaşmış buxaq şəklindədir ki, bu da pis hava şəraitindən yaxşı qorunma təmin edir. Bədənin ön hissəsində tüklər daha qaba və keçi tükünə bənzər dalğalı halqa şəklindədir. Baş hissəsində isə tüklər daha incədir. Tüklərin rəngi bozun müxtəlif çalarlarında ola bilər – çox açıqdan tutmuş mat qara rəngə qədər. Bəzi hallarda "isabella" və ya qəhvəyi çalarlara da icazə verilir. Sağlamlıq Berqamask itləri sağlam bir cinsdir. Bu cins nisbətən nadir olduğu və digər daha populyar cinslər kimi çox yetişdirilmədiyi üçün daha güclü bir cins olduğu düşünülür. Lakin, bəzi mümkün sağlamlıq problemləri hələ də mövcuddur. "Hip displaziyası", nəzərə alınmalı olan potensial problemlərdən biridir. Bu, genetik bir vəziyyətdir, burada "hip" sümüyü düzgün formalaşmır və oynaqlar bir-birinə sürtünür. Bu, it üçün çox ağrılı olur və gəzərkən çətinliklər yarada bilər. Bəzən isə cərrahiyyə əməliyyatı tələb olunur. Bəzi Berqamasklar qarın şişməsindən (bloat) əziyyət çəkə bilərlər, amma bu, çox yayılmış bir vəziyyət deyil. Qarın şişməsi, rəsmi olaraq "qastrik dilatasiyalı" və "volvulus" adlanır. Bu xəstəliyi yaşayan itlərdə, mədənin maye və ya qazla dolub sonra dönməsi müşahidə olunur. Bu, it üçün həyati təhlükə yarada biləcəck xəstəlikdir. Qidalanma Yemək seçərkən, orta və ya böyük cins itlər üçün hazırlanmış yüksək keyfiyyətli bir yemə üstünlük vermək lazımdır. Həmçinin, itin yaşını (balaca, böyük, yaşlı) nəzərə alaraq yemək seçilməlidir. İtin hər gün alması lazım olan yemək miqdarı onun yaşı, çəkisi, fəallığı, metabolizmi, sağlamlıq problemləri və digər amillərdən asılı olaraq dəyişə bilər. Berqamask balası daha kiçik bir mədəyə sahib olduğu üçün gün ərzində kiçik porsiyalarla daha tez-tez yemək vermək lazımdır. Çox sayda bala ən azı 6 aylıq olana qədər gündə üç və ya dörd dəfə yemək yeməlidir. Qulluq Berqamasko itlərinin çox özəl bir kürkü var. Görünüşünə baxmayaraq, bu kürkün baxımı asandır. Bir balanın kürküı başlanğıcda çox yumşaq olur, amma bala təxminən bir yaşına çatdıqda, onun tükləri daha sərt və tüklü olacaq, demək olar ki, keçi yununa bənzəyəcək. Bu vaxtdan sonra, qulluq çox az lazım olacaq. Kürk təmiz qalacaq və it, kürkə düşən hər hansı bir kiri sadəcə silkələyərək təmizləyə biləcək. Berqamaskun təraş etmək, onun görünüşünə və sağlamlığına ciddi mənfi təsir edə bilər. Bu itlər heç vaxt dredsiz (toxunaarq bir-birindən ayrılmış saçı xatlırladır) olmamalıdır. Dredlər itə temperaturunu tənzimləməkdə kömək edən vacib elementdir. Berqamask il ərzində 3 dəfə yuyulmalıdır. Onların dişləri də müntəzəm olaraq fırçalanmalı, qulaqları isə təmiz saxlanmalıdır. Həmçinin, ev heyvanı kim saxlanan Berqamaskların dırnaqlarını kəsərək onların çox uzanmamasına diqqət yetirmək lazımıdr. İşləyən itlərdə isə dırnaqlar təbii olaraq aşınır. Ən çox qoyulan 10 ad 1.Fabio 2.Gianni 3.Lorenzo 4.Romeo 5.Michelangelo 6.Luna 7.Bella 8.Pippa 9.Siena 10.Elena


İstinadlar

Tarix : 13 yanvar 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.