• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
benua-madonnasi

Benua Madonnası

Benua Madonnası və ya Çiçəklərlə Madonna və körpə — İtaliya İntibahının böyük ustası Leonardo da Vinçi tərəfindən çəkilmiş və hazırda Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılan rəsm əsəridir. Leonardo 1478-ci ilin oktyabrında iki Madonna əsərinin üzərində işləməyə başlamışdı. Bunlardan biri təxminən 1478–1480-ci illərdə tamamlanan Benua Madonnası, digəri isə hazırda Alte Pinakotekdə, Münhendə saxlanılan Qərənfilli Madonna idi. Tarixi Benua Madonnasının Leonardonun müəllimi Andrea del Verrokkodan müstəqil şəkildə çəkdiyi ilk əsər olduğu ehtimal edilir. Bu əsər üçün Leonardonun hazırladığı iki ilkin eskiz Britaniya muzeyində saxlanılır. Bununla belə, rəsm əsərinin sonradan başqa rəssamların müdaxiləsi ilə yenidən işlənmiş olması ehtimal edilir. İlkin eskizlər və rəsm əsərinin özü göstərir ki, Leonardo görmə və perspektiv məsələlərinə xüsusi diqqət yetirirdi.[a] Güman edilir ki, körpə, çiçəyi anasının əllərinə doğru yönəldərək onu öz mərkəzi görmə sahəsinə gətirməyə çalışır. Benua Madonnası Leonardonun ən məşhur əsərlərindən birinə çevrilmişdir. Əsər gənc rəssamlar tərəfindən dəfələrlə köçürülmüş, onların arasında Rafael Santi də olmuşdur. Rafael Çəhrayı güllərlə Madonna əsərində bu əsərdən təsirlənmişdir. Həmin rəsm hazırda Londondakı Milli Qalereyada saxlanılır. A. İ. Korsakov, 1808, Orest Kiprenski tərəfindən A. A. Sapojnikov, 1852, Vasili Tropinin tərəfindən Əsərin taleyi əsrlər boyu müəmmalı olmuşdur: onun itirildiyi, sonra tapıldığı, yenidən itirildiyi və yenidən tapıldığı güman edilirdi. Əslində isə əsər 1790-cı illərdə İtaliyada rus artilleriya generalı və incəsənət kolleksiyaçısı Aleksey İvanoviç Korsakov (1751–1821) tərəfindən satın alınmışdı.[b] Korsakovun ölümündən sonra oğlu əsəri 1 400 rubla öz şəxsi sənət qalereyası olan Həştərxan balıq taciri Aleksandr Petroviç Sapojnikova satdı. Daha sonra əsər onun varlı xeyriyyəçi oğlu Aleksandr Aleksandroviç Sapojnikovun (1827–1887) kolleksiyasına keçdi. Nəhayət, onun qızı Mariya Sapojnikova (1858–1938) memar Leon Benua (1856–1928) ilə evləndikdən sonra rəsm Benua ailəsinin irsinə daxil oldu. 1909-cu ildə əsər Benua kolleksiyasının bir hissəsi kimi Sankt-Peterburqda böyük maraqla nümayiş etdirildi. 1912-ci ildə Benua ailəsi əsəri satmaq qərarına gəldi və Londondakı sənət taciri Cozef Duvindən qiymətləndirmə istədi. Duvin əsərin dəyərini 500 000 frank müəyyənləşdirdi. Sənət tarixçisi Bernard Berenson isə əsər haqqında mənfi fikirlər səsləndirərək onun həqiqiliyinə şübhə yaratdı: Bir gün “Benua Madonnasına” baxmaq üçün çağırıldım. Qarşıma alnı keçəl, yanaqları şişkin, dişsiz təbəssümü, bulanıq gözləri və qırışmış boğazı olan gənc qadın çıxdı. Qəribə, qocalmış görkəmli bu qadın içi boş maskaya bənzəyən, şişirdilmiş bədənə və ətraflara malik uşaqla oynayırdı. Əllər yazıq, paltar qatları mənasız və süni, rəng isə zərdabı xatırladırdı. Bununla belə, bu ağrılı əsərin Leonardo da Vinçiyə məxsus olduğunu qəbul etməli oldum. Bu çətin idi, lakin göstərdiyim səylər məni azad etdi və keçirdiyim qəzəb öz azadlığımı elan etmək əzmi verdi. Müəllifliklə bağlı bu mübahisələrə baxmayaraq, Benua Madonnası 1914-cü ildə rekord məbləğə İmperator Ermitaj muzeyinənə satıldı. Satınalmanı əsərin müəllifinin Leonardo olduğunu müəyyən edən və həmin vaxt Ermitajda rəsm əsərlərinin kuratoru olan Ernst Fridrix fon Liphart həyata keçirdi.[c] Ödənişlər hissə-hissə həyata keçirilirdi və hətta 1917-ci il Oktyabr inqilabından sonra da davam etmişdir. Əsər 1914-cü ildən etibarən Sankt-Peterburqdakı Ermitaj muzeyində nümayiş etdirilir. Təsviri və şərhi Leonardo da Vinçi, Bakirə Məryəm və körpə İsa üçün optik tədqiqatlar (təxminən 1478–1480), Britaniya muzeyi Bu kiçik ölçülü rəsm əsərində qaranlıq otaqda skamyada oturan Məryəm və onun qucağında uzanan körpə İsa təsvir olunub. Gənc və yumru sifətli Məryəmin canlı görünüşü var; o, zeytun və qəhvəyi rəngli libas geyinib, dizlərini örtən qəhvəyi və mavi alt geyimləri görünür. Bədən quruluşu dolğun təsvir edilmiş körpə İsa Məryəmin əlində saxladığı xaç formasında çiçək budağından yapışır. Canlı rənglərlə təsvir edilmiş fiqurların sifətləri zərif qızılı halolarla əhatələnib. Qaranlıq interyerdə iki tağlı pəncərə açılışı açıq mavi səmanı göstərir. İntibah dövrü Florensiyasında Madonna təsvirlərində çox vaxt İsanın çarmıxa çəkilməsini qabaqcadan xəbər verən xristian simvollarından istifadə olunurdu. Məsələn, qızılquşun tikanlı tacdan Məsihin tikanlarını çıxarması belə simvollardan biri idi. Benua Madonnasında isə bu simvol Məryəmin əlində tutduğu xaç formasında çiçəkli budaqdır. Feinberqin fikrincə, Leonardo bu əsərdə “görmə” və “dərketmə” sirlərini bir-biri ilə əlaqələndirməyə çalışmışdı: Benua Madonnasındakı uşaq çiçəyin aydın şəkildə xaça bənzəyən formasına hələ reaksiya vermir, çünki onu aydın görə bilmir. Bu baş verdikdə, uşağın qeyri-müəyyən marağı onun gələcəkdə öz qurbanlığını dərk etməsinə gətirib çıxara bilər. Bununla belə, əsərin ciddi mövzusuna baxmayaraq, rəsm İntibah incəsənətində Məryəmin “ən sevincli və gənc təsvirlərindən biri” hesab olunur. O, sanki danışır və ya gülür, uşağı ilə oynayaraq ünsiyyətdədir; onun canlılığı Leonardonun bədən quruluşu və geyim qatlarını qəsdən mürəkkəbləşdirməsi ilə daha da vurğulanır. Pişiklə Madonna üçün etüd, Britaniya muzeyi (arxa tərəf) Pişiklə Madonna üçün etüd, Britaniya muzeyi (ön tərəf) Pişikli uşaq üçün etüd, Britaniya muzeyi Pişikli uşaq üçün etüd, Britaniya muzeyi Həmçinin bax Leonardo da Vinçi İstinadlar Haşiyələr İstinadlar


İstinadlar

Tarix : 10 sentyabr 2026