- Wikisun
Bonferroni düzəlişi - Eyni anda bir neçə müqayisə aparıldıqda səhv nəticələrin qarşısını almaq məqsədilə istifadə olunan statistik üsul. Tarix Bonferroni düzəlişi, 20-ci əsrin əvvəllərində italyan riyaziyyatçısı Karlo Emilio Bonferroni tərəfindən təqdim olunmuşdur. Karlo Emilio Bonferroni, 1900-cü illərin başlanğıcında statistika sahəsində çalışmış və çoxsaylı müqayisə problemlərini nəzərə alaraq, səhv nisbətlərini tənzimləmək məqsədilə bir metod inkişaf etdirmişdir. Bu düzəlişin ilkin tətbiqi əsasən genetik və bioloji tədqiqatlarda olmuşdur, çünki bu sahələrdə bir neçə hipotez eyni anda test edilirdi və bununla əlaqədar olaraq səhv müsbət nəticələr (Type I səhvləri) riski artırdı. Mahiyyəti Bu üsul, çoxsaylı testlərdə Type I səhvlərinin qarşısını almaq üçün əhəmiyyətlilik səviyyəsini tənzimləyir. Bonferroni düzəlişi riyazi olaraq belə işləyir: istənilən əhəmiyyətlilik səviyyəsini (α) aparılan testlərin sayı (n) ilə bölür. Hər bir test üçün düzəldilmiş əhəmiyyətlilik səviyyəsi: α/n -dir. Bonferroni düzəlişi sadə və konservativ bir metoddur, yəni yalnış müsbət nəticələrin (yəni-Type I səhv) qarşısını almaqda təsirlidir, amma yanlış mənfi nəticələrin (yəni-Type II səhv) yaranma riskini artıra bilər. Bonferroni düzəlişinin ən böyük neqativ tərəfi onun çox konservativ olmasıdır, xüsusilə böyük verilənlər dəstləri və çoxsaylı testlər olduğu zaman. Bu konservativ yanaşma, Type II səhvlərinin (gerçək təsirlərin qaçırılması) artmasına səbəb ola bilər. Bundan əlavə, metod testlərin müstəqil olduğunu qəbul edir, amma bu həmişə doğru olmaya bilər. Tətbiq sahələri Bu metod müxtəlif sahələrdə, o cümlədən psixologiya, tibb və sosial elmlərdə geniş şəkildə tətbiq edilmişdir. Bonferroni düzəlişi tətbiq edildikdə, hər bir testin doğruluq intervalı da uyğun şəkildə tənzimlənir. Artan Type I səhv ehtimalını nəzərə alaraq, hər bir testin doğruluq intervalı daralır. Alternativlər Bonferroni düzəlişinin alternativləri arasında Holm-Bonferroni metodu, Benjamini-Hochberg proseduru (yanlış aşkarlanma nisbətini idarə etmək üçün) və Sidak düzəlişi yer alır. Hər biri Type I və Type II səhvlərini balanslaşdırmaq üçün fərqli yanaşmalar təqdim edir.
https://en.wikipedia.org/wiki/Carlo_Emilio_Bonferroni
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://sci2s.ugr.es/keel/pdf/algorithm/articulo/1961-Bonferroni_Dunn-JASA.pdf
https://books.google.az/books?id=4C7VBwAAQBAJ&redir_esc=y
https://www.sciencedirect.com/science/article/abs/pii/S0022283684714070?via%3Dihub
https://en.wikipedia.org/wiki/Holm%E2%80%93Bonferroni_method
chrome-extension://efaidnbmnnnibpcajpcglclefindmkaj/https://www.ime.usp.br/~abe/lista/pdf4R8xPVzCnX.pdf
https://academic.oup.com/beheco/article-abstract/15/6/1044/206216?redirectedFrom=fulltext&login=false
http://www.quantitativeskills.com/sisa/calculations/bonfer.htm
Tarix : 11 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.