- Wikisun
Baxarval iti - Hindistanın şimal bölgələrində, xüsusən Kammu və Kəşmir ştatlarında, həmçinin Pir Panjal silsiləsində yaşayan ənənəvi bir heyvan qoruyan it növü. Qoç, qoyun, keçi və mal-qara sürülərini və habelə evləri qorumaqda mühüm rol oynayan Baxarval iti, əsrlər boyu kənd təsərrüfatı və köçəri həyatının ayrılmaz bir hissəsi olmuşdur. Bu qədim itin cinsinin xüsusiyyətləri arasında güc, çeviklik və sadiqlik vardır. Bu da onu bölgənin yerli camaatı üçün əvəzolunmaz bir yoldaş edir. Mənşə və tarix Baxarval itinin mənşəyinin Hindistanın "Ladakh" bölgəsinə gedib çıxır. Bəzi mütəxəssislər bu it cinsinin "Tibet Mastifi" ilə "Hindistan Pariah" itinin hibridləşməsindən yaranmış ola biləcəyini iddia etsələr də, digər alimlər Baxarval itinin Kəşmir köçəri xalqı ilə əsrlər boyu yaşayıb mübarizə aparan ən qədim Hindistan iti cinsi olduğunu bildirirlər. Vaxt keçdikcə Baxarval itləri, "Gaddi", "Jat", "Gucjar" və "Bakerwal" kimi yerli xalqlar tərəfindən sürülərini və məskənlərini qorumaq məqsədilə seçmə yolu ilə yetişdirilmişdir. Ancaq son illərdə bu cins bir neçə təhdid ilə üzləşib, xüsusilə separatçı müxaliflər tərəfindən hədəf alınıb. Bu müxaliflər, itlərin insanlara gəlişlərini xəbərdar etməməsi üçün onları güllələyib. Bundan əlavə, yaylalara çıxmağın qarşısını alan qanunlar və qoyunçuluqla məşğul olanların hərəkət azadlığının məhdudlaşdırılması nəticəsində Baxarval itləri arasında xəstəliklərin yayılması və ölüm halları artmışdır. Son tədqiqatlar bu cinsin nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya olduğunu və qorunması üçün təcili tədbirlərin görülməsinin vacibliyini göstərir. Ümumi görünüş Baxarval iti orta və ya böyük ölçülü, güclü quruluşa sahib, çevik və möhkəm bir itdir. O, dağ iti olaraq tanınır və tüklü kürkü və "plumtail" (fırça quyruğu) ilə təntənəli bir görünüşə sahibdir.Onların Hündürlüyü ortalama 61-76 sm,çəkisi isə ortalama 70-90 kq arasında olur. Adətən 10-12 il yaşayırlar. Baxarval itləri iki əsas kateqoriyaya bölünür: "Adi Baxarval" və "Ladakhi Baxarval". Cins əsasən qara rəngdə olur, lakin ağ rəngdə ayaq ucları və sinə kimi yerlərdə fərqli rənglər müşahidə oluna bilir. Digər yayılmış rənglərə qırmızı, xallı, fındıq rəngi, "sable" (kürəkli), ağ və "briandel" daxildir. Cinsin qalın, ikiqat kürkü, onu dağlıq bölgələrdə sərt hava şəraitindən qorumağa kömək edir. Maraqlıdır ki, Baxarval itləri əsasən "vegetarian" olur. Adətən taxıl çörəyi, qarğıdalı və süd ilə qidalanırlar. Dişi Baxarval itləri ildə bir dəfə doğum edir və orta hesabla 3-4 bala dünyaya gətirirlər. İstifadəsi Baxarval itləri əsasən heyvan qoruyucusu kimi istifadə olunur, xüsusən Kammu və Kəşmir ştatlarında, həmçinin Pr Panjal silsiləsində kənd təsərrüfatı və köçəri cəmiyyətlər tərəfindən sürülərini qorumaq məqsədilə yetişdirilir. Əsasən "Gaddi Kutta" iti ilə birlikdə, Baxarval itləri qoyun və keçi sürülərini canavarlardan və pələnglərdən qorumaq, eləcə də yerli insanların evlərini və fermalarını qorumaq üçün əhəmiyyətli bir rol oynayır. Bundan əlavə, Hindistan polisi Baxarval itlərini ölkə daxilində separatçılara qarşı əməliyyatlarda istifadə edir. Onlar, itin güclü qoxu hissi və uzun məsafələrdə insanları izləmək qabiliyyəti sayəsində təhlükəsizlik qüvvələrinə kömək edirlər. Qorunma vəziyyəti Son tədqiqatlar Baxarval itlərinin azalan sayını vurğulamış və bəzi mütəxəssislər bu cinsin nəsli kəsilmək üzrə olduğunu xəbərdar etmişdir. Separatçı hücumları, xəstəliklər və yaylalara çıxışın məhdudlaşdırılması bu itlərin sayının azalmasına səbəb olmuşdur. Yerli icmalar bu itlərin qorunmasını və onların nəsli kəsilən növlər siyahısına daxil edilməsini tələb edirlər.
https://en.wikipedia.org/wiki/Bakharwal_dog
https://wagwalking.com/breed/bakharwal
https://animalia.bio/pets/bakharwal-dog
https://discover.hubpages.com/animals/Bakharwal-Dog-Breed-Information-Facts-Characteristics
https://www.petzcareindia.com/team-1/the-loyal-bakharwal-dog
https://monkoodog.com/dog-breeds/bakharwal-dog/
https://animalia.bio/uk/pets/bakharwal-dog
https://www.milouchouchou.com/en/little-known-dog-breeds/rare-breeds/bakharwal-dog
https://www.roysfarm.com/bakharwal-dog/
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.