- Wikisun
Bardi (Emiliya-Romanya dialektində Bàrdi) — İtaliyanın Emiliya-Romanya regionunda, Parma əyalətində yerləşən şəhər və bələdiyyədir. Bolonyadan təxminən 130 km qərbdə, Parmadan isə 50 km cənub-qərbdə, Çeno çayının yuxarı vadisində, Çeno və Novelya çaylarının qovuşduğu yerdə yerləşir. Şəhərin üzərində qırmızı yəşəm qayalığının çıxıntısı üzərində inşa edilmiş möhtəşəm Landi qalası ucalır. Bardi Bedoniya, Bore, Borqo Val di Taro, Kompyano, Farini, Ferriere, Morfasso, Valmotsola və Varsi bələdiyyələri ilə həmsərhəddir. Tarixi Əfsanəyə görə, şəhərin adı Hannibalın ordusunun sonuncu fili olan “Bardus” və ya “Barrio”nun adı ilə bağlıdır. Rəvayətə əsasən, fil Qədim Romaya yürüş zamanı burada ölmüşdür. Tarixi baxımdan isə şəhərin adı təxminən eramızın 600-cü ilində Bardi ərazisində məskunlaşmış lombard zadəganları ilə əlaqələndirilir. 1000-ci ildə Piacenza yepiskopu burada məskunlaşmışdır. 1257-ci ildə Piacenzalı Landi ailəsi Bardi ərazisini əldə etmiş və sonrakı dörd əsr ərzində burada hakimiyyətini qorumuşdur. 1269-cu ildə Alberto Fontananın başçılıq etdiyi ordu qalaya hücum etmiş, Bardi isə 1307-ci ilədək Piacenza kommunasının nəzarətində qalmışdır. Həmin il Müqəddəs Roma imperatoru VII Henrix ərazini yenidən Umbertino II Landiyə vermişdir. Milanlı Qaleatso I Viskonti 1321-ci il noyabrın 29-da şəhər yaxınlığında qvelflər üzərində mühüm qələbə qazanmışdır. 1381-ci ildə Landi ailəsi Jan Qaleazzo Vizkonti tərəfindən rəsmi olaraq müstəqil elan edilmiş, 1415-ci ildə isə tam muxtariyyət əldə etmişdir. XVI–XVII əsrlərdə Federiko Bardi və onun qızı Polissena Bardi qalanı yeniləmiş, 1805-ci ilədək fəaliyyət göstərmiş notariuslar kollecini də yaratmışlar. 1682-ci ildə Polissenanın oğlu Dario Bardi ərazisini Parma və Piacenza hersoqu II Ranuççio Farnezeyə vermişdir. Bundan sonra şəhərin tarixi Parma hersoqluğunun taleyi ilə bağlı olmuş və İtaliyanın birləşməsinədək bu şəkildə davam etmişdir. XIX əsrin sonlarından XX əsrə qədər şəhər əhalisinin böyük bir hissəsi Fransa, İsveçrə, Belçika və xüsusilə Uelsə köçmüşdür. Köçkünlər Uelsin ictimai həyatına əhəmiyyətli təsir göstərmişlər. Bu gün Uelsdə yaşayan italyanların bir çoxu qısa müddətli səfərlər və ikinci yaşayış yeri kimi istifadə etmək üçün Emiliya-Romanyaya qayıdır. İkinci Dünya müharibəsi zamanı bölgədə alman işğalçı qüvvələri ilə partizanlar arasında çoxsaylı toqquşmalar baş vermişdir. 1944-cü il iyulun 17-də şəhər 12 “Ştuka” bombardmançı təyyarəsinin hücumuna məruz qalmışdır. Görməli yerləri Landi qalası. XVI əsrə aid Vəftizçi Müqəddəs İohann kilsəsi. XX əsrə aid Kədərli Məryəm kilsəsi. XIII əsrə aid Lütfkar Məryəm oratoriyası. Burada mannerizm rəssamı Parmicaninonun erkən əsərlərindən biri olan “Bardi altarpisi” (1521) saxlanılır. Rugarlo ərazisindəki Müqəddəs Martin kilsəsi. Kazanova di Bardi yaşayış məntəqəsindəki Məryəmin göyə yüksəlməsi kilsəsi. Kilsənin tarixi təxminən 900-cü ilə gedib çıxır. Müqəddəs Siroya həsr olunmuş ibadətgah. XX əsrə aid Arandora Star gəmisinin qurbanlarının xatirə ibadətgahı. Çeno çayı. Qravaqo yaşayış məntəqəsindəki VIII əsrə aid qala. Qala Landi ailəsinə məxsus olmuşdur. Pompeyli Müqəddəs Məryəmə həsr olunmuş oratoriya. Əyalət yolunun üzərində yerləşən mexaniki ayı heykəli. Bəzi ziyarətçilər hər gəlişlərində ayının belində şəkil çəkdirməyi ənənəyə çeviriblər. Bunun uğur və kişilik gücü gətirdiyinə inanılır, lakin bu inancın doğruluğu sübut edilməyib. İstinadlar
https://az.wikipedia.org/wiki/Bardi
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Bardi¶ms=44_38_1_N_9_43_52_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=44.63361,9.73111&q=44.63361,9.73111&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=9.73111,44.63361&pt=9.73111,44.63361&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=44.63361&mlon=9.73111&zoom=12
https://www.visitemilia.com/en/towns/bardi
https://www.comune.bardi.pr.it/
Tarix : 9 oktyabr 2026