• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
baransate

Baransate

Baransate (milan dialektində Baranzaa) — İtaliyanın Lombardiya regionunda, Milan metropoliten şəhərində yerləşən şəhər və bələdiyyədir. Milandan təxminən 8 km şimal-qərbdə yerləşir. Əhalisi 12.129 nəfərdir. Baransate şimaldan və şimal-qərbdən Bollate, şərqdən Novate Milanese, cənubdan və cənub-qərbdən isə Milan şəhərinin Rozerio rayonu ilə həmsərhəddir. Tarix 2001-ci ilə qədər Baransate Bollate bələdiyyəsinin frazionesi idi. Həmin ilin noyabrında regional qanunun qəbul edilməsi ilə ayrıca bələdiyyə yaradıldı. 2003-cü ildə İtaliya Konstitusiya Məhkəməsi bu qanunu konstitusiyaya zidd elan etdi. Bunun nəticəsində yeni bələdiyyənin yaradılması ləğv edildi və Baransate yenidən Bollate bələdiyyəsinin frazionesinə çevrildi. 2004-cü ilin mayında qəbul edilən yeni regional qanunla Baransate yenidən ayrıca bələdiyyə statusu aldı. 2012-ci ildə Avropa İttifaqı Ədalət Məhkəməsinin Baransate bələdiyyəsinin də iştirak etdiyi bir iş üzrə çıxardığı qərarda İtaliyanın yerli vergitutma haqqında qanunvericiliyinin Avropa İttifaqının əsas azadlıqlarından olan təsisçilik azadlığına və xidmətlərin göstərilməsi azadlığına qanunsuz məhdudiyyət yaratdığı müəyyən edilmişdir. Demoqrafiya 2026-cı ildə Baransatenin əhalisi 12.129 nəfər olmuşdur. Əhalinin 52,8%-ni kişilər, 47,2%-ni isə qadınlar təşkil edir. Yetkinlik yaşına çatmayanlar əhalinin 17,7%-ni, yaşlılar isə 19,8%-ni təşkil edir. İmmiqrasiya 2025-ci ildə immiqrantlar Baransate əhalisinin 37,2%-ni təşkil etmişdir. Xaricdə doğulmuş əhali arasında ən çox təmsil olunan beş ölkə Misir, Peru, Çin, Şri-Lanka və Rumıniyadır. İstinadlar


İstinadlar

Tarix : 9 oktyabr 2026