- Wikisun
Banxar iti - Qədim çoban iti növü. Əvvəlcə Buryat xalqı tərəfindən yetişdirilən bu it cinsi, Buryatiya, Monqolustan və ətraf bölgələrə yayılmış, 20-ci əsrin ortalarında demək olar ki, məhv olmuşdur. Banxar itləri zəka və dözümlülüyü ilə məşhurdur. Onlar çox sərt iqlim şəraitinə dözə bilirlər. Ailələrinə sədaqətli və sevgi dolu olan bu itlər, insanlar, canavarlar, qartallar və qar leoparları kimi basqınçılara qarşı çox amansızdır. Təsviri Banxar itləri iri, qorxunc bir cinsdir və qısa, uzun tüklü kürkləri ola bilər. Rəngləri qırmızı, qara və qara-sarı arasında dəyişir. Üzərində gözlərə yaxın parlaq ləkələr olan qara rəngli itlər daha çox bəyənilir. Bu rəngdə olan itlər "Monqol Dörd Gözlü İtləri" olaraq tanınır. Bu xüsusi parlaqlıq, aşağı işıq şəraitində itləri canavarlardan ayırmaq üçün faydalıdır və monqol əfsanələrinə görə, bu itlərin ruhlar aləmini görə bildiyi deyilir. Banxar itləri ölçülərinə baxmayaraq, atletik, sürətli, sevimli, enerjili, cəsur və yorulmaz itlərdir. Buryat dilində onlara "hotosho" (həyət canavarı) deyilir. Monqol dilində isə "banxar" (şişman, yağlı, tüklü) mənasını verir. Adlarına baxmayaraq, Banxar itləri kök cinslər deyil, sadəcə böyükdürlər. Çəkiləri 50-60 kq arasında olur və hündürlüyü 75 sm-ə qədər çatır. Banxar itlərinin ölçüsünə görə kaloriyə ehtiyacı azdır. Görünüşlərinə baxmayaraq, Banxar itləri daha böyük olan Tibet Mastifi ilə yalnız uzaq qohumdur. Bu itlər nisbətən uzunömürlüdür və orta hesabla 15-18 il yaşayır. Hip displaziyası və digər oynaqlarla bağlı problemlər çox nadirdir. Banxar itləri ildə bir dəfə çoxalır. Tarix Banxar iti, çox şübhəsiz qədim bir cinsdir. Genetik analizlər göstərir ki, Banxar iti əsas cinsdir və bütün çoban itlərinin atası ola bilər. Buryat əfsanələrinə görə bu cins, dağlardan enən böyük bir nəhəngin yanında gedən vəhşi, qorxunc bir iti təsvir edir. Bu itin nəsli Banxar itini yaratmışdır. Banxar itlərinin Çingizxanın basqınlarına qatıldığı və insanları qorxutmaqda və kəndləri, şəhərləri ələ keçirməkdə kömək etdiyi deyilir. Marko Polo, Banxar itindən o qədər təsirlənib ki, birini Venesiyaya aparıb. Erik Fon Salzmann bu çoban itini, böyük və gözəl bir it kimi təsvir edir və Alman çoban iti ilə oxşar ölçülərdə olduğunu qeyd edir. Erik qeyd edir ki, "o tünd rəngli kürkə malikdir və çox qorxuncdur. Banxar iti yad insanlara amansızcasına hücum edir." Vilhelm Filxnerində maraqlı fikirləri var. O qeyd edir ki, "Banxar vəhşi, böyük, ayı boyda canavara oxşayan bir itdir. Uşaqlar bu həssas itlərlə oynaya bilərlər. Bu itlər canavarlardan və ayılardan qorxmazlar". Ənənəvi heyvandarlıq qoruyucu itlərin azalması, köçəri çobanları sürülərinə qarşı olan hər hansı bir təhdidi öldürmək və ya zəhərləmək məcburiyyətində qoymuşdur. Nəticədə, bu bölgələrdə boz canavarların və qar leoparlarının sayı əhəmiyyətli dərəcədə azalmışdır. Sonradan Rusiya və Monqolistanda bu cinsin qorunmasına yenidən maraq yaranmışdır, lakin cinsin təbii növü hələ də nəsli kəsilən növ olaraq qəbul olunur. Sadəcə bu itlə qarışıq olub ona çox oxşayan itlər qalmışdır. Son illərdə "Mongolian Bankhar Dog Project" adı altında aparılan bərpa layihəsi ilə, ənənəvi təbii Banxara genetik olaraq 90% uyğun gələn, tam oxşar növü yenidən bərpa etmək mümkün olmuşdur.
https://en.wikipedia.org/wiki/Bankhar_Dog
https://www.bankhar.org/bankhar-dogs/
https://basepaws.com/dog-breeds/mongolian-bankhar-dog?srsltid=AfmBOoqUOcHJe8rxyKWs5NzVyjC6hsQoDddRETo74jkYAeSd0n5Z6jzm
https://www.mongolianz.com/post/2023/09/20/mongolian-dog-bankhar-livestock-guardians/
https://www.atlasobscura.com/articles/mongolia-bankhar-dog
https://expeditionportal.com/overland-preservation-bankhar-dog/
Tarix : 28 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.