- Wikisun
Balsorano (Marsika dialektində Balz'rana) — İtaliyanın Abruzzo regionunda, Akvila əyalətində yerləşən şəhər və bələdiyyədir. Roveto vadisində, Marsikanın cənubunda yerləşən Balsorano, Abruzzo və Latsio regionları arasında coğrafi sərhəd təşkil edir. Balsorano Vekko Monte Kornakkya dağının yüksək yamaclarında yerləşir və Erniki dağlarının dağ silsiləsinin tərkibinə daxildir. 1915-ci il Aveççano zəlzələsindən sonra yaşayış məntəqəsi demək olar ki, tamamilə tərk edilmişdir. Vadinin aşağı hissəsində isə yeni şəhər mərkəzi — Balsorano Nuovo salınmışdır. Bələdiyyənin ərazisindən Liri çayı keçir. Balsorano cənubda Sora, şimalda San Vintsenso Valle Roveto ilə həmsərhəddir. Ərazinin şərq hissəsi Abruzzo, Latsio və Molize Milli Parkının bəzi sahələrinə qədər uzanır. Tarixi Balsorano haqqında ilk yazılı məlumat X əsrə aiddir. Orta əsrlər və Yeni dövr ərzində şəhər Pikkolomini baron ailəsinin hakimiyyəti altında olmuşdur. Görməli yerləri Pikkolomini qalası — qala 1460-cı ildə II Piyin qardaşı oğlu Antonio Pikkolomini tərəfindən inşa etdirilmişdir. Hazırda qala mehmanxana kimi fəaliyyət göstərir və bir sıra italyan filmlərinin çəkiliş məkanı olmuşdur. Demoqrafiyası İstinadlar
https://az.wikipedia.org/wiki/Balsorano
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Balsorano¶ms=41_48_35.35_N_13_33_35.28_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=41.8098194,13.5598000&q=41.8098194,13.5598000&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=13.5598000,41.8098194&pt=13.5598000,41.8098194&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=41.8098194&mlon=13.5598000&zoom=12
https://www.comune.balsorano.aq.it/
https://www.comune.balsorano.aq.it/area_letturaNotizia/346511/pagsistema.html
Tarix : 9 oktyabr 2026