- Wikisun
Bahar — Eduard Mane tərəfindən 1881-ci ildə çəkilmiş kətan üzərində yağlı boya əsəridir. Əsər 1882-ci il Paris salonunda nümayiş etdirilmiş və Manenin Salon yaradıcılığında ən böyük və son ictimai uğuru hesab edilmişdir. Rəsmdə Paris aktrisası Janna Demarsi çiçəkli paltarda, əlində günəş çətiri və başında kaporla, yamyaşıl bitkilər və mavi səma fonunda baharın təcəssümü kimi təsvir edilmişdir. Əsər həmçinin tarixdə rəngli şəkildə nəşr olunan ilk sənət əsəri olmuşdur. Tarixi Bahar, Manenin ilin dörd fəslini təsvir edən və dəbli Paris qadınlarından istifadə etməklə alleqorik məna daşıması nəzərdə tutulan dörd əsərlik silsilənin ilk əsəri idi. Bu ideyanı Manenin dostu Antonin Pru irəli sürmüş və müasir qadın idealları, dəb və gözəlliyi təcəssüm etdirən obrazlar vasitəsilə dörd fəslin təsvir edilməsini təklif etmişdi. Silsilə heç vaxt tamamlanmadı və Manе yalnız ikinci əsər olan Payızı tamamladıqdan bir il sonra vəfat etdi. Hərrac 2014-cü ilin noyabrında J. Pol Getti muzeyi əsəri 65 milyon ABŞ dollarından çox məbləğə satın aldı. Bununla da 2010-cu ildə Palitralı avtoportret əsərinin satışında qeydə alınmış 33,2 milyon ABŞ dolları məbləğində əvvəlki rekord geridə qaldı. Həmçinin bax Ən bahalı rəsm əsərlərinin siyahısı İstinadlar
https://az.wikipedia.org/wiki/Bahar_%28Mane%29
http://www.getty.edu/art/collection/objects/268843/edouard-manet-jeanne-spring-french-1881/
https://web.archive.org/web/20190825210156/http://www.getty.edu/art/collection/objects/268843/edouard-manet-jeanne-spring-french-1881/
http://www.christies.com/lotfinder/lot_details.aspx?intObjectID=5840859&lid=1&from=relatedlot&intobjectid=5840859
https://web.archive.org/web/20200720160242/https://www.christies.com/lotfinder/lot_details.aspx?intObjectID=5840859&lid=1&from=relatedlot&intobjectid=5840859
http://www.latimes.com/entertainment/arts/culture/la-et-cm-getty-manet-spring-auction-record-20141105-story.html
https://web.archive.org/web/20190509063240/https://www.latimes.com/entertainment/arts/culture/la-et-cm-getty-manet-spring-auction-record-20141105-story.html
Tarix : 10 sentyabr 2026