- Wikisun
Baddi (7 avqust 1997 – 2 yanvar 2002) şokolad rəngli erkək Labrador retriver idi. Bill Klinton ABŞ prezidenti olduğu dövrdə Klinton ailəsinin saxladığı iki ev heyvanından biri idi. Klintonların digər ev heyvanı Soks adlı pişik idi. Həyatı Bill Klinton və Baddi 5 dekabr 1997-ci ildə 1998-ci ildə Klintonlar Baddini Ağ Evin həyətində gəzdirərkən Klinton Baddini 1997-ci ilin dekabrında Merilend ştatının Karolin dairəsindən üç aylıq bala olduğu zaman sahiblənmişdi. O, itə əvvəlki ilin iyununda vəfat etmiş böyük əmisi Henri Oren "Baddi" Qrişamın şərəfinə Baddi adını verdi. Klinton həyatında böyük təsiri olduğunu tez-tez qeyd etdiyi Qrişamı belə adlandırırdı. Soks hərəkətli Baddi ilə yola getmirdi. Buna görə Ağ Ev onları ayrı yerlərdə saxlamaq məcburiyyətində qaldı. Klintonların Nyu-Yorkdakı daha kiçik evində bu cür şərait yaratmaq artıq mümkün olmayacağından, Soks, Bill Klintonun katibi Bettı Körinin himayəsində qaldı. Ölümü Polis hesabatına görə, Baddi 2 yanvar 2002-ci ildə Çappakua, Nyu-Yorkdakı Klintonların evindən çıxan bir podratçını "oynaq şəkildə qovarkən" avtomobil tərəfindən vurularaq öldürüldü. Qəza zamanı Klintonlar evdə deyildilər. Evi ABŞ Məxfi Xidməti əməkdaşları qoruyurdu. Əməkdaşlar Baddini təcili olaraq heyvan xəstəxanasına apardılar və orada onun öldüyü elan edildi. 2002-ci ilin iyununda Klinton "Seymus" adını verdiyi başqa bir şokolad rəngli labrador sahibləndi. Mədəni istinadlar Birinci xanım Hillari Klinton 1998-ci ildə Dear Socks, Dear Buddy: Kids' Letters to the First Pets adlı uşaq kitabı yazdı. Kitabda uşaqların birinci ev heyvanlarına yazdığı 50-dən çox məktubdan parçalar və Soksla Baddinin 80-dən çox fotoşəkli yer alırdı. Baddi Rik Klivlendin 2005-ci ildə səhnələşdirdiyi My Buddy Bill adlı bir nəfərlik tamaşanın əsas personajlarından biri idi. Tamaşada yazıçının Bill Klintonla uydurma dostluğundan bəhs edilir. Bu dostluq hər iki kişinin itlərə olan ortaq marağını kəşf etməsindən sonra başlamışdı. Həmçinin bax ABŞ prezidentləri İstinadlar
https://az.wikipedia.org/wiki/Baddi_%28it%29
https://www.latimes.com/archives/la-xpm-1997-06-25-me-6868-story.html
https://web.archive.org/web/20150402123526/http://www.highbeam.com/doc/1P2-722347.html
https://web.archive.org/web/20070101083440/http://archives.cnn.com/2002/US/01/03/buddy.killed/
http://archives.cnn.com/2002/US/01/03/buddy.killed/
http://www.showerpets.com
https://web.archive.org/web/20140817191121/http://www.showerpets.com/
Tarix : 15 sentyabr 2026