- Wikisun
Aulla — İtaliyanın Toskana regionunda, Massa və Karrara əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər Maqra çayının vadisində yerləşir. Geologiyası Aullada Maqra çayının geniş yatağı; yuxarı axında Barbarasko və Lusuolo qalaları görünür 1977-ci ildə italyan geoloqu Augusto Azzaroli, Aullanın yaxınlığındakı Olivola yaşayış məntəqəsində bir sıra məməli heyvan qalıqları və onlarla əlaqəli fauna aşkar etmişdir. Olivola konqlomeratları adlandırılan bu süxurlar Villafranka dövrünün sonlarına, təxminən 1,0–3,5 milyon il əvvələ aiddir. Növbəti il 250 metr dərinlikdə kontinental çöküntülərdən ibarət ilk lay aşkar edilmişdir. Bu layda Taxodium, Sequoia, Magnolia, Symplocos və Sapotaceae fəsiləsinə aid qədim ağac növlərinin qalıqları müəyyən edilmişdir. Avropada bu növlərin qalıqları adətən Pleystosendən əvvəlki dövrə, yəni 2,5 milyon ildən daha əvvələ aid edilir. Onların mövcudluğu həmin dövrdə ərazidə mülayim və isti iqlimin hökm sürdüyü ehtimalını təsdiqləmişdir. Aullada Procaproleus causanus və Pseudodama pardinensis lyra növlərinə aid maral qalıqları da aşkar edilmişdir. Bu növlər Qərbi Avropada erkən Villafranka dövrünün (3,5–1,0 milyon il əvvəl) məməli fauna kompleksləri üçün xarakterik hesab olunur. Bu heyvan qalıqları ərazidəki daha qədim və daha dərin çöküntü laylarından, eləcə də Olivola konqlomeratlarından fərqlənir. Bəzi tədqiqatçılar qalıqların bu ərazidə yaranmadığını ehtimal etmişlər, çünki Villafranka dövrünə aid qalıqlara İtaliyanın digər ərazilərində də nisbətən geniş rast gəlinir. Tarixi Aulla üzərində yerləşən Brunella qalasının divarları San Kaprasio abbatlığında aşkar edilmiş Roma və Etrusk sivilizasiyasına aid izlər, Aullada eramızın VIII əsrindən xeyli əvvəl yaşayış məskəninin olduğunu göstərir. VIII əsrdə Toskana markqrafı I Adalberto burada Via Francigena yolu ilə səfər edən zəvvarların yerləşməsi üçün kənd salmış və qala inşa etdirmişdir. Təxminən 990-cı ildə Kenterberi arxiyepiskopu Sigerik Romadan qayıdarkən Aguilla adlandırılan Aullada dayanmışdır. Malaspina ailəsi şəhər və ona tabe olan ərazilər üzərində feodal hakimiyyəti Luni yepiskopları və hersoqlarının nəzarətindən almışdır. 1543-cü ildə Aullanı Centurione ailəsi satın almış və burada Brunella qalasını inşa etdirmişdir. XX əsrin əvvəllərində qala Obri və Lina Uoterfild tərəfindən satın alınmış, sonradan isə Lunicana bölgəsinin təbiət tarixi muzeyinə çevrilmişdir. Qala hazırda da xüsusi mülkiyyətdədir. Şəhərin əsas tarixi tikililərindən biri IX əsrdə inşa edilmiş San Kaprasio abbatlığıdır. Abbatlıq Lerinsli müqəddəs Kaprasiusun şərəfinə adlandırılmışdır. Onun cəsədinin X əsrdə Aullaya gətirildiyi bildirilir. 1943-cü ildə Aullanın tarixi mərkəzi İkinci Dünya müharibəsi zamanı ingilis-amerikan bombardmanları nəticəsində dağıdılmışdır. Bombardmanların məqsədi şəhərdə yerləşən alman qoşunlarını, mühüm dəmir yolu şəbəkəsini və barıt istehsalı müəssisəsini məhv etmək idi. San Kaprasio abbatlığında həmin dövrdən qalmış partlamamış bombanın surəti qorunur və abbatlıq hazırda muzey kimi fəaliyyət göstərir. 1945-ci ilin aprelində ABŞ-ın 442-ci piyada alayı, güclü italyan partizan dəstələrinin dəstəyi ilə geri çəkilən alman qoşunları ilə şiddətli döyüşlərdən sonra Aullanı azad etmişdir. 8 aprel 2020-ci ildə Aullanın yaxınlığındakı Albiano Maqra yaşayış məntəqəsində uzunluğu 260 metr olan avtomobil körpüsü Maqra çayına uçmuşdur. Həmin vaxt İtaliyada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin səbəbindən körpüdə nəqliyyatın hərəkəti çox zəif idi. Nəticədə hadisə zamanı yalnız iki nəfər yüngül xəsarət almışdır. Qardaşlaşmış şəhərlər Fransa Villerupt, Fransa İstinadlar Xarici keçidlər Official website
https://az.wikipedia.org/wiki/Aulla
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Aulla¶ms=44_13_0_N_9_58_0_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=44.21667,9.96667&q=44.21667,9.96667&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=9.96667,44.21667&pt=9.96667,44.21667&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=44.21667&mlon=9.96667&zoom=12
https://riviste.unimi.it/index.php/RIPS/article/view/8591/8173
//doi.org/10.13130%2F2039-4942%2F8591
Tarix : 9 oktyabr 2026