- Wikisun
Auletta — İtaliyanın cənub-qərbində, Kampaniya regionunda, Salerno əyalətində yerləşən şəhər və bələdiyyədir. Tarixi San Nikola di Mira kilsəsi Tarixçi Covanni Battista Paçikellinin nəql etdiyi əfsanəyə görə, Auletta adını Eneyin yoldaşlarından biri olan Auletonun adından almışdır. Digər bir ehtimala görə isə, şəhərin adı, latınca “yağ” mənasını verən olea sözündən yaranmışdır. Şəhərin adı 1095-ci ildə Olibola, 1131-ci ildə isə Olivola formasında qeyd edilmişdir. Auletta təxminən 1000-ci ildə istehkamlarla möhkəmləndirilmişdi və şəhərin qalası da, həmin dövrdə inşa edilmişdir. 1861-ci ildə İtaliyanın birləşməsindən dərhal sonra şəhər əhalisi, Pyemontun İtaliya Kral Ordusu qoşunlarına qarşı üsyan qaldırdı. Bu hadisə zamanı 45 yerli sakin öldürüldü və hadisə tarixə Auletta qətliamı (Massacro di Auletta) adı ilə düşdü. 1943-cü ildə isə şəhərdə alman artilleriya batareyasının yerləşməsi səbəbindən müttəfiq qüvvələrin bombardmanına məruz qaldı. Coğrafiyası Auletta Buccino, Cacciano, Korleto Monforte, Pertosa, Petina, Polla, Salvitelle və Siçinyano degli Alburni bələdiyyələri ilə həmsərhəddir. Həmçinin bax Aliano Aqerola Artena Asso Atina İstinadlar
https://az.wikipedia.org/wiki/Auletta
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Auletta¶ms=40_33_40_N_15_25_28_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=40.56111,15.42444&q=40.56111,15.42444&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=15.42444,40.56111&pt=15.42444,40.56111&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=40.56111&mlon=15.42444&zoom=12
https://comune.auletta.sa.it/vivere-il-comune/territorio/
https://comune.auletta.sa.it/vivere-il-comune/territorio/la-storia/
Tarix : 9 oktyabr 2026