• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
arsita

Arsita

Arsita — İtaliyanın şərqində, Abruzzo regionunda, Teramo əyalətində yerləşən şəhər və bələdiyyədir. Orta əsrlərdə salınmış şəhər Qran Sasso və Monti della Laqa Milli Parkının ərazisində yerləşir. Arsita 1905-ci ilə qədər Bakucco adlanırdı. Coğrafiyası Arsita Teramo əyalətindəki eyniadlı bələdiyyənin inzibati mərkəzidir. Şəhər Abruzzo regionunda, dəniz səviyyəsindən 470 metr yüksəklikdə yerləşir və Teramo şəhərindən 36 km məsafədədir. XIX əsrin əvvəllərində Arsita ərazisindəki bulağın suyunun müalicəvi xüsusiyyətlərə malik olduğu hesab edilirdi. Tədbirlər Hər il 17 yanvarda Arsita sakinləri Çerminyano, Tossiça və Bisenti şəhərlərinin sakinləri ilə birlikdə Müqəddəs Antoni Abbat bayramını qeyd edirlər. Digər festival zamanı isə şəhər sakinləri ilin 12 ayını təmsil edən geyimlərdə iştirak edirlər. İstinadlar


İstinadlar

Tarix : 8 oktyabr 2026