- Wikisun
Arpino (Cənubi Latsio dialektində: Arpinë) — İtaliyanın mərkəzində, Latsio regionunda, Frozinone əyalətində, Latina vadisində yerləşən şəhər və bələdiyyədir. Roma şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşir. Şəhərin Qədim Roma dövründəki adı Arpinum olmuşdur. Arpinodan Roma Respublikasının iki konsulu — Qay Mari və Mark Tulli Siseron çıxmışdır. Tarixi Qədim Arpinum şəhərinin tarixi ən azı e.ə. VII əsrə gedib çıxır. Şəhərin tarixi Pelasqlar, volsklar və samnitlərlə bağlı olmuşdur. E.ə. 305-ci ildə şəhər romalılar tərəfindən ələ keçirilmiş və civitas sine suffragio statusu verilmişdir. E.ə. 188-ci ildə Arpinum sakinlərinə Roma seçkilərində səsvermə hüququ verilmiş, Müttəfiqlər müharibəsindən sonra isə e.ə. 90-cı ildə şəhər municipium statusu almışdır. Arpino Qay Mari və Mark Tulli Siseronun doğulduğu şəhərdir. Hər ikisi əvvəllər konsulluq vəzifəsində olmuş əcdadları olmayan homines novi hesab olunurdu. Siseron Romada məhkəmələrdə etdiyi çıxışlarda öz doğma şəhərinin Roma Respublikasına verdiyi töhfələri xüsusi vurğulayırdı. O, özünü “yadelli” olmaqda ittiham edənlərə cavab olaraq bildirirdi ki, Arpinum respublikanı xilas edən iki şəxs yetişdirmişdir: e.ə. 101-ci ildə kimvrlərin hücumlarına qarşı mübarizə aparan Mari və İkinci Katilina sui-qəsdinin qarşısını alan Siseron. Siseron dostu Attikə yazdığı məktublarda sevimli Arpinumun sakitliyindən və dincliyindən tez-tez bəhs edirdi. Həmçinin Mark Vipsani Aqrippanın da Arpinumdan olduğu barədə bu günədək gəlib çatan şifahi ənənə mövcuddur. Lakin tarixçilər Aqrippanın doğulduğu yeri təsdiqləyə bilməmişlər. Onun Etruriyadakı Pizadan gəlmiş olması da mümkündür. Qədim Arpinum şəhərinin yaxınlığında daha qədim samnit şəhərinin istehkam qalıqları yerləşir. Müdafiə divarları tarixən samnitlərlə əlaqələndirilən çoxbucaqlı daş hörgü üslubundadır. Bu tip divarlarda uclu tağ nümunəsinə də rast gəlinir. Divarların tikilmə tarixləri ümumiyyətlə erkən Roma dövründən təxminən e.ə. 400-cü ilə qədər olan dövrə aid edilir. Arpinum, Atina və Kominium samnitlərin mühüm istehkamlarından olmuşdur. Erkən Orta əsrlərdə Arpinonun strateji mövqeyinə görə Roma hersoqluğu ilə Benevento hersoqluğu arasında mübarizə gedirdi. XI əsrdən sonra şəhər Normanların, Hohenştaufenlərin və Papa dövlətinin hakimiyyəti altında olmuşdur. Şəhər iki dəfə dağıdılmışdır: 1229-cu ildə II Fridrix, 1242-ci ildə isə IV Konrad tərəfindən. Kasrat soprano Cioakkino Konti, İl Cizziello və ya heb ceilliau kimi tanınan müğənni 1714-cü ildə Arpinoda anadan olmuşdur. Görməli yerlər 1770-ci ildə Riçard Uilson tərəfindən çəkilmiş “Siseron Arpinumdakı malikanəsində dostları Attik və Kvintlə” əsəri Şəhərin əsas görməli yerlərindən biri çoxbucaqlı daş hörgü ilə inşa edilmiş qədim şəhər divarlarıdır. Bu divarlarda uclu tağ nümunəsi də mövcuddur. Divarların hündürlüyü 11 futa, eni isə 7 futa qədərdir. Arpinonun aşağı hissəsində, Liri vadisində və İzola del Liridən bir qədər şimalda yerləşən San Domeniko kilsəsi Siseronun doğulduğu və tez-tez yaşadığı villanın yerində inşa edilmişdir. Kilsənin yaxınlığında Liri çayını keçərək Kereateyə, indiki Kazamarinin yerləşdiyi əraziyə gedən qədim yolun körpüsü yerləşir. Kereate Qay Marinin doğulduğu yer olmuşdur. İstinadlar
https://az.wikipedia.org/wiki/Arpino
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Arpino¶ms=41_38_49.38_N_13_36_41.58_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=41.6470500,13.6115500&q=41.6470500,13.6115500&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=13.6115500,41.6470500&pt=13.6115500,41.6470500&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=41.6470500&mlon=13.6115500&zoom=12
https://books.google.com/books?id=NpArDgAAQBAJ&pg=PA95
//www.jstor.org/stable/10.3366/j.ctt1g050m4.14
Tarix : 8 oktyabr 2026