- Wikisun
Appenzel keçisi (fransızca: Chèvre d’Appenzell, almanca: Appenzellerziege) - İsveçrənin ağ evcil keçi cinsi. Tarix 1902-ci ilin fevralında "Innerrhoden-də Ziegenzuchtgenossenschaft Appenzell" adlı keçi yetişdiriciləri birliyi yaradılmışdır. 1914-cü ildə isə Ausserrhodendə "Ziegenzuchtgenossenschaft Urnäsch" birliyi qurulmuşdur. İsveçrə kanton keçi yetişdiriciləri birliklərinin federasiyası olan "Schweizerischer Ziegenzuchtverband", Appenzel keçisinin qorunması və bərpası üçün bir layihə həyata keçirir. Bu layihə yetişdiricilərə maliyyə dəstəyi və nəzarətli çoxaltma proqramını əhatə edir. 2007-ci ildə "FAO" tərəfindən bu cinsin qorunma statusu "təhlükə altında olan" kimi qeydə alınmışdır. 2005-ci ildə Appenzel cinsi, təxminən 70.000 baş olan ümumi İsveçrə keçi populyasiyasının təxminən 4,2%-ni təşkil edirdi. 2013-cü ilin sonunda "DAD-IS"-ə təqdim edilən məlumata görə, populyasiya 1900-2000 baş arasında idi. 2021-ci ildə isə populyasiya 1233 ilə 4167 baş arasında və 77 damazlıq erkək keçi ilə qeydə alınmışdır. 1920-ci illərdə Appenzel keçisi Saanen cinsi ilə çarpazlaşdırılarak Zürih və Thurgau bölgəsində "Zürcher Ziege" adlı kompozit cins yaradılmışdır. 1926-cı ildə bir sürü kitabı açılmışdır. 1938-ci ildə qalan heyvanlar Appenzel cinsinə birləşdirilmişdir. Appenzel keçisi həmçinin Toggenburg cinsinin inkişafına da töhfə vermişdir. Xüsusiyyətlər Appenzel keçisi orta ölçülü heyvandır. Təmiz ağ rəngdə olub, orta uzunluqda tüklərə malikdir və güclü, harmonik bədən quruluşuna sahibdir. Bu keçilər Saanen keçisi ilə oxşarlıq göstərsə də, onların bədəni Saanen keçisinə nisbətən bir qədər daha geniş və buna görə də bir qədər kiçikdir. Erkək və dişi keçilər adətən buynuzsuz olur. Erkək keçilərin orta boyu təxminən 80 sm, dişi keçilərin orta boyu isə təxminən 75 sm-dir. Erkək keçilərin orta çəkisi təxminən 65 kq, dişi keçilərin orta çəkisi isə təxminən 45 kq-dır. Appenzel keçisi süd keçisi cinsidir. Əsasən süd istehsalı üçün yetişdirilir. Dişi keçilər orta hesabla hər laktasiya dövründə təxminən 700-800 kq süd verir. Onların laktasiya müddəti təxminən 270 gündür. Bu keçilərin südündə təxminən 2,9% yağ və 2,7% zülal mövcuddur.
https://en.wikipedia.org/wiki/Appenzell_goat
https://breeds.okstate.edu/goats/appenzell-goats.html
https://www.fondazioneslowfood.com/en/ark-of-taste-slow-food/appenzell-goat/
https://issuu.com/blw_ofag_ufag/docs/brosch_re_tiergenetische_ressourcen_en_mid/s/13028212
https://www.goatfarming.in/getting-to-know-the-appenzell-goat-history-traits-facts-and-characteristics
https://www.breedslist.com/appenzell-goat.htm
https://www.pressreader.com/namibia/new-era/20210511/281779927005858?srsltid=AfmBOoqkSESEwv9MNUM3cqub5lAGY7_jOkBNG1cK_qvXkAUbgj1N4JIe
https://www.roysfarm.com/appenzell-goat/
https://www.farmow.com/breed/appenzell-goat
https://www.farmingplan.com/appenzell-goat/
https://www.livestockoftheworld.com/goats/Breeds.asp?BreedLookupID=782&SpeciesID=6
Tarix : 23 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.