• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
anne-qolon

Anne Qolon

Anne Qolon (17 Dekabr 1921 – 14 İyul 2017) - İngilis dilli oxuculara daha çox Sergeanne Qolon kimi tanınan fransız yazıçı. Onun "Angélique" romanları dünya üzrə 150 milyon nüsxə satılmışdır və bir neçə filmə uyğunlaşdırılmışdır. Həyatı Anne Qolon, 17 dekabr 1921-ci ildə Fransanın cənub-şərqində yerləşən Toulon şəhərində Simone Changeux adı ilə doğulmuşdur. O, Fransız Hərbi Dəniz Qüvvələrinin kapitanı və alim olan Pierre Changeux-in qızıdır. Kiçik yaşlarından rəssamlığa və yazmağa maraq göstərmiş və 18 yaşında Joëlle Danterne təxəllüsü ilə ilk romanı "The Country From Behind My Eyes"-i nəşr etdirmişdir. II Dünya Müharibəsi dövründə o, Fransadan İspaniyaya velosipedlə səyahət etmişdir. Müxtəlif təxəllüslərlə yazmış, France Magazine-in yaradılmasında iştirak etmiş və "The Patrol of the Saint Innocents" adlı əsəri ilə ədəbiyyat mükafatı qazanmışdır. 1947-ci ildə o, Serge Golon (əsl adı Vsevolod Sergeïvich Goloubinoff) ilə Afrika səfərində tanış olmuşdur. Onlar birlikdə Angélique: Marquise of the Angels (1956) adlı əsəri yazmışlar və bu, böyük bir uğur qazandı. İlk nəşri Fransada olan Angélique romanları həm Anne, həm də Serge Golon-a aid olaraq nəşr edilmişdir – Anne yazıçı, Serge isə tarixi araşdırmalarla məşğul olmuşdur. Britaniya nəşriyyatları daha sonra bu adı Sergeanne Qolon olaraq birləşdirmişdir. Angelique romanlarının məşhurluğu 1960-cı illərdə Bernard Borderie tərəfindən çəkilmiş beş filmə ilham vermişdir. Film seriyasında Michèle Mercier Angélique, Robert Hossein isə onun həyat yoldaşı Joffrey de Peyrac rolunu oynamışdır. 1972-ci ildə Anne və Serge yeni bir Angélique romanı araşdırması üçün Kanadaya səfər etmişlər. Eyni ildə Serge vəfat etmişdir. Anne yazmağa davam etmiş və dörd uşağını tək başına böyütmüşdür. 1972-1985-ci illər arasında Anne, Angélique et le Complot des Ombres adlı əsərin ikinci hissəsini (Fransada tək cilddə Angélique in Quebec kimi nəşr olunmuşdur) yazmış və sonrakı illərdə bir neçə daha romanı tamamlamışdır. 1990-cı illərdə Anne maddi çətinliklərlə üzləşmiş və Hachette nəşriyyatına qarşı müəllif hüquqları və ödənilməmiş haqqlarla bağlı məhkəmə iddiası qaldırmışdır. 2006-cı ildə təxminən on il davam edən hüquqi mübarizədən sonra, o, Angélique seriyasının yeganə sahibi oldu. 14 iyul 2017-ci ildə o, Peritonit xəstəliyindən vəfat etmişdir. Əsərləri "Angelique" seriyası: -"Angélique: Marquise of the Angels" (Angélique, marquise des anges, 1957) -"Angélique: The Road to Versailles" (Angélique : le Chemin de Versailles, 1958) -"Angélique and the King" (Angélique et le Roy, 1959) -"Angélique and the Sultan" (Indomptable Angélique, 1960) -"Angélique in Revolt" (Angélique se révolte, 1961) -"Angélique in Love" (Angélique et son amour, 1961) -"The Countess Angélique" (Angélique et le Nouveau Monde, 1964) -"The Temptation of Angélique" (La Tentation d'Angélique, 1966) -"Angélique and the Demon" (Angélique et la Démone, 1972) -"Angélique and the Ghosts" (Angélique et le Complot des Ombres, 1976) -"Angélique à Québec" (1980) -"Angélique, la Route de l'Espoir" (1984) -"La Victoire d'Angélique" (1985)


İstinadlar

Tarix : 16 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.