- Wikisun
Andezeno (Pyemont dilində: Andzen) — İtaliyanın Pyemont regionunda, Turin metropoliten şəhərində yerləşən şəhər və bələdiyyədir. Turin şəhərindən təxminən 14 km cənub-şərqdə yerləşir. Andezeno Marentino, Montaldo Torineze, Kyeri və Arinyano bələdiyyələri ilə həmsərhəddir. Etimologiyası İtalyan filoloqu və dilçisi Dante Olivierinin fikrincə, Andezeno adı Andicus qallo-latın sözündən yaranmışdır. Bu sözün isə Andiko və Andiçello adlı iki kəndin adlarından törədiyi ehtimal olunur. İqtisadiyyatı Andezeno 1960-cı illərə qədər əsasən kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqəsi olmuşdur. Həmin dövrdə Turin ətrafında genişmiqyaslı sənayeləşmə başlamışdır. Hazırda bələdiyyənin iqtisadiyyatında əsasən kiçik müəssisələr və bizneslər üstünlük təşkil edir. Tanınmış şəxslər Piero Qobetti (1901–1926) — ziyalı və jurnalist. Valideynləri Andezenodan olmuş, özü də həyatının müxtəlif dövrlərində ailəsinin burada yerləşən evində yaşamışdır. Klaudio Markizio (1986-cı il təvəllüdlü) — Yuventus və İtaliya milli komandasının futbolçusu. Turində anadan olmuş və valideynlərinin hazırda da yaşadığı Andezenoda böyümüşdür. İstinadlar
https://az.wikipedia.org/wiki/Andezeno
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Andezeno¶ms=45_2_15.893_N_7_52_13.897_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=45.03774806,7.87052694&q=45.03774806,7.87052694&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=7.87052694,45.03774806&pt=7.87052694,45.03774806&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=45.03774806&mlon=7.87052694&zoom=12
https://www.comune.andezeno.to.it/it-it/vivere-il-comune/cosa-vedere/chiocciola-di-andezeno-24119-1-48400bb61955b95649db318a3d463918
https://www.comune.andezeno.to.it/it-it/vivere-il-comune/storia
Tarix : 8 oktyabr 2026