• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
amaseno

Amaseno

Amaseno (yerli dialektdə: Mase) — İtaliyanın Latsio regionunun Frozinone əyalətində yerləşən şəhər və bələdiyyədir. Roma şəhərindən təxminən 100 km cənub-şərqdə, Frozinonedən isə təxminən 30 km cənubda yerləşir. Şəhər Lepini dağları ərazisində yerləşir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Kənd çox qədim tarixə malikdir və Eneida əsərində onun adı çəkilir. Amasenonun bir çox sakini ABŞ, Kanada və Cənubi Amerikaya, xüsusilə Braziliyaya köçmüşdür. Auricola Əsas görməli yerlər Şəhərin mərkəzində yerləşən Amasenolu Müqəddəs Məryəm katolik kilsəsində III əsrdə şəhid edilmiş qədim Roma diakonu Müqəddəs Lavrentinin yadigarı saxlanılır. Burada müqəddəsin qanının olduğu bir flakon da qorunur. Hər il 10 avqustda, onun bayram günündə və şəhidliyinin anıldığı tarixdə flakondakı qan mayeləşir. Müqəddəs Lavrentinin yadigarlarının saxlanıldığı flakon alimlər tərəfindən araşdırılmış və onun həqiqi qanla yanaşı, dəri parçası, yağ və kül ehtiva etdiyi müəyyən edilmişdir. Kilsə 1165-ci ildə təqdis edilmişdir. Bundan sonra kənd ərazisinin amfiteatrı xatırladan vadidə yerləşməsi ilə əlaqədar Amaseno xalq arasında "Müqəddəs Lavrenti vadisi" kimi tanınmağa başlamışdır. İqtisadiyyatı Əsas ərzaq məhsulu su camışı südündən hazırlanan mozzarella pendiridir. Digər mühüm məhsullara zeytun yağı və keçi südündən hazırlanan xüsusi pendir növü olan marzolina daxildir. Qardaş şəhərlər  İtaliya San Lorensello, İtaliya İstinadlar Xarici keçidlər Rəsmi sayt Arxivləşdirilib 2008-08-27 at the Wayback Machine [www.amasenoonline.com](http://www.amasenoonline.com)


İstinadlar

Tarix : 8 oktyabr 2026