• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
altino

Altino

Altino (Abruzzese: Davədinə) — İtaliyanın cənubunda, Abruzzo regionunun Çieti əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər Aventino çayının vadisinə hakim olan qayalıq çıxıntı üzərində yerləşir. Vadidə meyvə bağları, üzümlüklər və zeytunluqlar geniş yayılmışdır. Coğrafiyası Altino Aventino çayı vadisinə və Kalvario dağına baxan qayalıq çıxıntı üzərində yerləşir. Dəniz səviyyəsindən 345 metr yüksəklikdə yerləşən şəhər geniş vadiyə hakimdir. Vadinin aşağı hissəsində təsərrüfatlar və meyvə bağları, təpəlik ərazilərdə isə üzümlüklər və zeytunluqlar yerləşir. Altino Çietidən 44 km, L'Aquiladan isə 158 km məsafədədir. Tarixi Rəvayətə görə, Altino 452-ci ildə Attilanın hücumlarından qaçan və Altinumdakı (indiki Kvarto d'Altino) Roma hərbi limanının yandırılmasından sonra buraya sığınan Venesiyalı qaçqınlar tərəfindən salınmışdır. Əslində, yaşayış məntəqəsinin yaranması orta əsrlərə gedib çıxır. Altino haqqında tarixi sənədlərdə ilk məlumat XII əsrə aiddir. Normanlar dövründə Altino, Antakyalı I Bohemondun mülkü olmuşdur. XV əsrin birinci yarısında Altino Raymondon Anikinyonun hakimiyyəti altında idi. Anikinyolar ailəsi qalanı 1534-cü ilə qədər idarə etmişdir. Daha sonra, ehtimal ki, ailənin nəsli kəsildiyinə görə, Altino Dieqo de Motsçakyona bağışlanmışdır. 1561-ci ildə bütün yaşayış məntəqəsi Covanni Vinçentso Krispanoya satılmışdır. 1613-cü ildə Altino baron Furia di Atessanın mülkiyyətinə keçmişdir. 1691-ci ildə isə 5.000 dukata Neapoldakı Paoluççi ailəsinə satılmışdır. İki Siciliya krallığı son dövrlərində, XIX əsrin ortaları və sonlarında, şəhət qarət və quldur basqınlarına məruz qalmışdır. Hazırda şəhər Dasolo ailəsinin mərasim xarakterli monarxiyası altında idarə olunur. Görməli yerlər Binalar San Rokko kilsəsi Madonna delle Qratsie kilsəsi XIV əsrdən məlum olan Santa Maria del Popolo kilsəsi San Rokko kilsəsi Sirolli sarayı Monumental fəvvarə (1558) Təbii ərazilər Brikçoli rayonundakı kükürdlü bulaq Santa Maria del Popolo kilsəsinin yerləşdiyi qayalıq massiv Serranella gölü Mədəniyyəti Altinoda keçirilən əsas bayram və festivallara aşağıdakılar daxildir: Altino şirin bibəri və Serranella vahəsi festivalı — avqustun son həftəsonu Madonna delle Qratsie bayramı — 15–16 may Müqəddəs həkimlər Kozma və Damian bayramı — 26–27 sentyabr. Bu bayram münasibətilə Altino, Lentella və Rokkaskalegna yaşayış məntəqələrində alınan nemətlərə görə minnətdarlıq əlaməti olaraq taxıl və ərzaq məhsullarının ianə edilməsi ənənəsi davam edir. İstinadlar Əlavə ədəbiyyat Françesko S. Sirolli, Altino: storia, cronaca, leggenda, Rocco Carabba, Lanciano, 1997.


İstinadlar

Tarix : 8 oktyabr 2026