• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
altare

Altare

Altare (liquriya dilində: Artâ, pyemont dilində: Latè, yerli ləhcədə: L’Atæ) — İtaliyanın Liquriya regionunda, Savona əyalətində yerləşən bələdiyyədir. Genuyadan təxminən 45 km qərbdə, Savonadan isə 11 km şimal-qərbdə yerləşir. 1 yanvar 2009-cu il tarixinə Altarenin əhalisi 2.160 nəfər, sahəsi isə 11,7 km² olmuşdur. Altare Kayro-Montennotte, Karkare, Mallare, Kviliano və Savona bələdiyyələri ilə həmsərhəddir. Coğrafiyası Altare Kadibona keçidinin bir qədər qərbində yerləşir. Dəniz səviyyəsindən 459 m yüksəklikdə yerləşən bu keçid Liquriya Alpları ilə Liquriya Apennin dağlarını ayırır. Altare keçidi kimi də tanınan bu keçid sahildən Savona istiqamətində uzanan Via Nazionale Piemonte yolu ilə qalxır və şimala doğru hərəkət edərək Piemont üzərindən İtaliyanın şimalındakı düzənliyə çıxır. Tarixi Altare orta əsrlərdən bəri mövcud olan qədim şüşəçilik ənənəsi ilə tanınır. Altare şüşəçiliyinin mənşəyi hələ də dəqiq müəyyən edilməyib. Şifahi ənənəyə görə, bu sənət Şimali Fransadan gələn Benediktin rahibləri tərəfindən yayılmışdır. Samuel Kurinski isə şüşəçilərin istifadə etdiyi üsulların gizli saxlanılmasına və onların yerli əhalidən fərqlənən özünəməxsus kimliyinə əsaslanaraq ilk şüşəçilərin Səfərad yəhudiləri olduğunu irəli sürür. Əgər bu ehtimal doğrudursa, onlar öz ənənəvi fərqliliklərini qorumaqla tamamilə yerli əhali ilə qaynayıb-qarışmışdılar. Altareli şüşəçilər orta əsrlərdəki digər sənətkarlar kimi gildiyalarda təşkilatlanmışdılar. Altaredə şüşəçilər gildiyası 1856-cı ildə Società artistico-vetraria d'Altare adı ilə yaradılmışdır. «Universitet» adlandırılan bu gildiya şüşəçilərin istifadə etdiyi üsullara ciddi nəzarət edirdi. Altarelilər Avropada Venetsiyalılardan fərqli olaraq, Altare tarix boyu şüşəçilik sahəsində biliklərin başqa yerlərə yayılmasına səbəb olan mərkəzlərdən biri olmuşdur. Buna səbəb yerli gildiyanın sənətkarların başqa yerlərə köçməsinin qarşısını ala bilməməsi, bəzi hallarda isə belə köçləri təşviq etməsi idi. Altarenin əhəmiyyəti məhz bu xüsusiyyətlə bağlıdır. Məsələn, Giobatta Da Kostanın flint şüşəsinin hazırlanması üsulunu 1674-cü ildə Londonda Ravenscroft manufakturasında işləyərkən kəşf etdiyi güman edilir. Təxminən 1592-ci ildə Pizada fəaliyyət göstərən ilk şüşəçinin də Altaredən olduğu bildirilir. Altareli şüşəçilər Fransada, Orlean və Nevər şəhərlərində də fəaliyyət göstərirdilər. Onlardan biri olan Bernard Perro çoxsaylı yenilikçi üsullara patent aldıqdan sonra Orleandakı Kral şüşə zavodunun rəhbəri olmuşdur. Altarelilər Cənubi Amerikada Altareli şüşəçilər əsasən Argentinaya olmaqla Cənubi Amerikaya köçmüşdülər. 1947-ci ildə bir qrup şüşəçi Altaredən ayrılaraq Argentinanın Santa Fe əyalətində məskunlaşmışdı. Onlar burada bu gün də fəaliyyət göstərən şüşəçilik sənayesinin əsasını qoydular. Şüşəçilər Avropaya xas şüşə üfürmə ənənəsini özləri ilə gətirsələr də, sonradan Avropa və Argentina estetik üslublarını birləşdirən mədəniyyətlərarası üslub formalaşdırdılar. Şüşə Muzeyi Altaredəki Villa Rozada yerləşən Şüşə Muzeyində bölgədə istehsal olunmuş çoxsaylı sənaye və bədii şüşə nümunələri qorunur. Muzey mədəni irs abidəsi kimi qorunan Art Nouveau üslublu binada yerləşir. İstinadlar Əlavə ədəbiyyat Altare Şüşə Muzeyi Altare ustalarının tarixçəsinə giriş Chirico, Mariateresa. Il Museo Dell'arte Vetraria Altarese. Albenga, Litografia Bacchetta. 2009


İstinadlar

Tarix : 8 oktyabr 2026