• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
alfedena

Alfedena

Alfedena (latınca: Aufidena və ya Aufidenia, Abruzzo ləhcəsində: Fëdena) — İtaliyanın mərkəzi hissəsində, Abruzzo regionunun L'Aquila əyalətində yerləşən bələdiyyədir. Bələdiyyə Abruzzo, Latsio və Molize Milli Parkı ərazisində, yuxarı Sangro vadisində, Meta dağ silsiləsinin yaxınlığında yerləşir. Tarixi Alfedenanın əsası Samnitlər tərəfindən qoyulmuş və şəhər əlverişli strateji mövqeyinə görə Aufidena adlandırılmışdır. Şəhər dəniz səviyyəsindən 3.800 futdan (1.158 m) çox yüksəklikdə yerləşən iki təpəni əhatə edirdi. Bu təpələrin arasındakı vadidə sonrakı dövrə aid olduğu ehtimal edilən forumun qalıqları aşkar edilmişdir. Bu əlverişli mövqeyinə görə Alfedena tarix boyu bir sıra münaqişələrin mərkəzində olmuşdur. Ərazi əvvəlcə samnitlərin məskəni olmuş, daha sonra qədim Saro adlanan, indiki Sanqro çayının yuxarı hissəsi yaxınlığında məskunlaşan Karasenlər tayfasının əsas şəhərinə çevrilmişdir. Alfedena daha sonra e.ə. 298-ci ildə romalılar, XI əsrdə isə Lanqobardlar tərəfindən ələ keçirilmişdir. Əsas görməli yerlər Roma dövrünə aid olan Ponte Akille (Akille körpüsü) kimi bir çox sənət və memarlıq nümunəsi İkinci Dünya müharibəsi zamanı Qustav xəttinin müdafiəsi dövründə alman silahlı qüvvələri tərəfindən məhv edilmişdir. Almanlar kəndin aşağı hissəsində yerləşən Kampo Konsolino italik nekropolunun çoxsaylı qalıqlarını qənimət kimi aparmışdılar. Nekropolda ümumilikdə 12.000 qəbir olduğu, onlardan 1.400-nün aşkarlandığı bildirilir. Oğurlanmış arxeoloji tapıntıların bir hissəsi Tübingen Universitetində aparılan dəqiq bərpa işlərindən sonra geri qaytarılmışdır. Arxeoloji qazıntılar ərazidə qədim məskunlaşmanın və tarixən müstəqil sivilizasiyanın mövcudluğunu təsdiqləyir. Qəbirlərin hamısı dəfn məzarlarıdır və son Dəmir dövrünə aiddir; onlar e.ə. VII–IV əsrlərə tarixlənir və üç qrupa bölünür — tabutsuz qəbirlər, daş lövhələrdən hazırlanmış tabutlu qəbirlər və kirəmitlərdən hazırlanmış tabutlu qəbirlər. Poliqonal hörgü üsulu ilə tikilmiş divarların bəzi qalıqlarını da Sivitalkta, Kurino və San Nikola ərazilərində görmək mümkündür. Burada qazıntılar nəticəsində bəzi sütunlar və məbəd qalıqları da üzə çıxarılmışdır. Kənd daşyonma sənətində qədim ənənələri ilə tanınır. Sonuncu sənətkarların hazırladığı bədii daş döşəmə şəhəri özünəməxsus etmişdir. Tarixi mərkəzdə Sangro qrafı Simoneyə məxsus feodal mülkün səkkizguşəli qalasına baxmaq mümkündür. Həmçinin bax İstinadlar


İstinadlar

Tarix : 8 oktyabr 2026