- Wikisun
Alfano (Çilento dialektində: Alfànu) — İtaliyanın cənub-qərbində, Kampaniya regionunda, Salerno əyalətində yerləşən kənd və kiçik bələdiyyədir. 31 dekabr 2012-ci il tarixinə bələdiyyənin əhalisi 1.082 nəfər idi. Tarixi Alfanonun qədim tarixi haqqında etibarlı məlumatlar azdır. Lakin rəvayətə görə, indiki Rokkalyoriosa frazionisinin yaxınlığında, Sentaurino dağının yamaclarında böyük bir şəhər mövcud olmuşdur. Əgər həqiqətən mövcud olubsa, bu şəhərin dağıdıcı zəlzələ nəticəsində məhv edildiyi güman edilir. 1496-cı ildə şəhər Neapollu zadəgan Covanni Karafa, Paliano hersoquna verildi. Coğrafiyası Alfano Laurito, Rokkalyoriosa və Rofrano bələdiyyələri ilə həmsərhəddir. Görməli yerlər Alfanonun əsas kilsəsi Müqəddəs Nikola kilsəsidir. Baron Novelli sarayı XVIII əsrə aiddir. Sarayın daşdan hazırlanmış möhtəşəm giriş qapısı zala aparır. Novelli sarayı bir müddət Alfano bələdiyyə binası kimi istifadə edilmişdir. Digər saray olan Speranza baronlarının sarayı Laurito baronu Speranzaya məxsus olmuşdur. Şəhərin üzərində ucalan böyük tikili kompleksindən ibarət bu sarayda mərkəzi həyət yerləşir. İqtisadiyyatı Bələdiyyə şərab istehsalı ilə tanınır. Ərazinin sərt və quraq iqlimi səbəbindən torpaqlar ölkənin ən kasıb torpaqları arasında olsa da, burada şərabçılıq inkişaf etmişdir. Yerli üzüm sortları qədim yunanlar tərəfindən Eleya və Paestuma gətirilmiş və ərazinin gilli-əhəngli torpaqlarına və iqliminə uyğunlaşdırılmışdır. Cilento şərab markası 3 may 1989-cu ildə yaradılmış və üç çeşiddə istehsal olunur. Paestumdakı qədim yunan kolonistlərinə və burada inkişaf etmiş üzümçülük ənənəsinə ehtiram olaraq, 22 noyabr 1995-ci ildə Paestum şərab markasının istehsalına başlanılmışdır. İstinadlar
https://az.wikipedia.org/wiki/Alfano
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Alfano¶ms=40_10_38.85_N_15_25_28.55_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=40.1774583,15.4245972&q=40.1774583,15.4245972&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=15.4245972,40.1774583&pt=15.4245972,40.1774583&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=40.1774583&mlon=15.4245972&zoom=12
http://www.demo.istat.it/bilmens2009gen/index.html
http://www.comune.alfano.sa.it/index.php?action=index&p=214
Tarix : 8 oktyabr 2026