- Wikisun
Albidona (Neapol dili: Albdòn) — İtaliyanın cənubunda, Kalabriya regionunda, Kozensa əyalətində yerləşən şəhər və bələdiyyədir. İon dənizi ilə Pollino Milli Parkının dağları arasında yerləşir. Dənizdən 11 km, dağlardan isə 18 km məsafədədir. Tarixi Qədim tarixçilər Likofron və Strabon bildirirlər ki, Albidona Böyük Yunanıstanın qədim və böyük şəhəri olan Leutarnianın xarabalıqları üzərində, Troya müharibəsindən qayıdan kahin Kalkas tərəfindən salınmışdır. Albidona haqqında ən qədim tarixi məlumatlar isə təxminən 1000-ci ilə aiddir. Albidona qülləsi Görməli yerlər Albidona qülləsi — XVI əsrdə Don Pedro Alvarez de Toledo tərəfindən İon sahillərini sarasinlərdən qorumaq məqsədilə tikilmiş qədim qüllədir. Dənizə baxan təpədə yerləşir. XVII əsrdə qüllə rahiblərə məxsus olduğuna görə Rahiblər qülləsi də adlandırılmışdır. Hazırda xüsusi bir ailənin mülkiyyətindədir. Mostariko — 743 m hündürlüyündə dağdır. Buradan Taranto körfəzi və Sibari düzənliyi istiqamətində gözəl mənzərə açılır. San Mikel Arcangelo kilsəsi Sant'Antonio di Padova kilsəsi San Rokko kilsəsi Madonna della Pietà kilsəsi Madonna del Cafaro kilsəsi Müharibə memorialı (Monumento ai Caduti di tutte le guerre) — Kalabriyada ucaldılmış ilk müharibə memorialıdır. Heykəltəraş M. Pelletti tərəfindən hazırlanmış və 1966-cı ildə ucaldılmışdır. 2004-cü ildə memorial bərpa edilmiş, ilkin mərmər postament heykəltəraşlıq kompozisiyasındakı Naməlum əsgər heykəlini daşıyan qaya ilə əvəz edilmişdir. İstinadlar
https://az.wikipedia.org/wiki/Albidona
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=Albidona¶ms=39_55_27.12_N_16_28_12.00_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=39.9242000,16.4700000&q=39.9242000,16.4700000&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=16.4700000,39.9242000&pt=16.4700000,39.9242000&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=39.9242000&mlon=16.4700000&zoom=12
https://www.comune.albidona.cs.it/Home/Guida-al-paese?IDPagina=32419
https://www.comune.albidona.cs.it/Home/Guida-al-paese?IDCat=4964
Tarix : 8 oktyabr 2026