• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
5
6
8
albanella

Albanella

Albanella — İtaliyanın cənub-qərbində,Kampaniya regionunda, Salerno əyalətində yerləşən şəhər və bələdiyyədir. Şəhər Salernodan 51 km məsafədə yerləşir. Şəhərin şüarı "Zeytun ağacları diyarı" (it. La terra degli ulivi) mənasını verir. Zeytun yağı şəhərin əsas məhsullarından biridir. Coğrafiyası Şəhər Alburni dağları ilə Salerno körfəzi arasında, Sele çayının düzənliyinə hakim olan təpə üzərində yerləşir. Bələdiyyə ərazisinin qalan hissəsi düzənliklərdən və şimalda Sele və Kalore Lukano çayları ilə cənubda Monte Soprano dağı (1.082 m) arasında yerləşən təpəlik ərazilərdən ibarətdir. Tarixi Zeytun ağacları ilə zəngin təpələrdə yerləşən Albanella XI əsrdə Paestumdan gələn və sarasinlərin basqınlarından qorunmaq üçün təhlükəsiz yaşayış yeri axtaran qaçqınlar tərəfindən salınmışdır. Ən qədim yaşayış məntəqəsi dənizdən görünməyən təpənin yamacında yerləşirdi. Bir sıra arxeoloji tapıntılar hazırda Paestum Milli Arxeologiya Muzeyində və Neapoldakı Milli Arxeologiya Muzeyində saxlanılır. Frazionilər Bələdiyyənin tərkibinə aşağıdakı frazionilər və yaşayış məntəqələri daxildir: Albanella (inzibati mərkəz) — 1.585 nəfər; dəniz səviyyəsindən 205 m yüksəklikdə; Matinella — 1.780 nəfər; 43 m yüksəklikdə; Albanelladan 6 km məsafədə; Borqo San Çezareo — 265 nəfər; 26 m yüksəklikdə; Albanelladan 9 km məsafədə; San Nikola — 188 nəfər; 55 m yüksəklikdə; Albanelladan 3 km məsafədə; Tempa delle Quardie — 122 nəfər; 151 m yüksəklikdə; Albanelladan 1,5 km məsafədə; Piano del Karpine — 82 nəfər; 100 m yüksəklikdə; Albanelladan 3 km məsafədə; Bosko — 80 nəfər; 100 m yüksəklikdə; Albanelladan 3 km məsafədə; Vukkolo Kappasanta — 73 nəfər; 29 m yüksəklikdə; Albanelladan 4 km məsafədə; San Çezareo — 55 nəfər; 27 m yüksəklikdə; Albanelladan 9 km məsafədə; Perelle — 53 nəfər; 86 m yüksəklikdə; Albanelladan 2,5 km məsafədə; Bosko Kamerine — 46 nəfər; 157 m yüksəklikdə; Albanelladan 3,5 km məsafədə; Çerrina — 39 nəfər; 63 m yüksəklikdə; Albanelladan 3 km məsafədə; Valleçentanni — 36 nəfər; 75 m yüksəklikdə; Albanelladan 5,5 km məsafədə; Santa Kroçe — 28 nəfər; 180 m yüksəklikdə; Albanelladan 4 km məsafədə; Forestelle — 25 nəfər; 85 m yüksəklikdə; Albanelladan 2 km məsafədə; San Kiriko — 22 nəfər; 51 m yüksəklikdə; Albanelladan 5 km məsafədə; Rakkoli — 14 nəfər; 36 m yüksəklikdə; Albanelladan 3,5 km məsafədə. Matinella Matinella Albanella bələdiyyəsinin ən böyük frazionisidir. Şəhər mərkəzindən təxminən 6 km məsafədə, Ebolidən Persano vasitəsilə gələn və Altavilla Silentinadan keçərək Kapaccio-Paestuma aparan yolların kəsişməsində, həmçinin Ponte Barizzodan Albanellaya aparan 11 nömrəli əyalət yolunun üzərində yerləşir. Alçaq ərazidə yerləşməsi səbəbindən kənd son onilliklərdə əhalisinin əhəmiyyətli dərəcədə artması ilə üzləşmiş və nəticədə bələdiyyə əhalisinin təxminən üçdə biri burada məskunlaşmışdır. Albanellada Via Roma Borqo San Çezareo 1950-ci ildə hökumət aqrar islahatla bağlı bir sıra qanunvericilik tədbirləri həyata keçirdi. Kampaniya, Latsio, Apuliya və digər əyalətlərdə tətbiq edilən bu tədbirlərin məqsədi iri torpaq sahiblərinin torpaqlarını müsadirə edərək yerli fəhlə və kəndlilərə vermək idi. Bunun nəticəsində Albanelladan təxminən 9 km məsafədə yerləşən kiçik kənd və frazion olan Borgo San Cesareo salındı. San Nikola San Nikola frazionisi Albanella şəhəri ilə Matinella arasında, 11 nömrəli əyalət yolu boyunca yerləşir. Onun inkişafı Albanellanı Altavilla Silentina və Eboli ilə birləşdirən mühüm yol qovşağının yaranması ilə bağlıdır. Bosko Bosko qədim frazionidir və adını vaxtilə kəndin şimal-şərqindəki təpələrin yamaclarında yerləşən geniş meşələrdən götürmüşdür. Ağac materialı əldə etmək, otlaq və əkin sahələri yaratmaq üçün əsrlər boyu meşələrin qırılmasından sonra qədim "Bosco" meşəsindən bu gün yalnız təxminən 100 akr sahəni əhatə edən kiçik bir ərazi qalmışdır. Bu ərazi Castelcivita və Roccadaspide əraziləri ilə həmsərhəddir və WWF tərəfindən qorunur. Görməli yerlər Santa Sofiya kilsəsi XVI əsrdə inşa edilmişdir. San Matteo kilsəsi San Matteo kilsəsi 1400-cü ilə aid olan bu kilsə tarixi mərkəzin mərkəzində, əvvəllər qədim Roma yaşayış məntəqəsinin yerləşdiyi kiçik təpənin üzərindədir. Kilsənin iki nefi və Roman üslubunda zəng qülləsi vardır; burada orqan da yerləşir. SS. Rosario Konqreqasiyasının kapellası Kapella köhnə şəhərdə, San Matteo kilsəsinin qarşısında yerləşir. XIX əsrə aid olan bu tikili Albanelladakı üç katolik kilsəsinin ən yenisidir. Xarici fasadda Vietridə hazırlanmış, Müqəddəs Dominik və Müqəddəs Katerina Sienalı arasında Təsbeh Madonnasını təsvir edən mayolika pannosu vardır. San Gennaro kilsəsi Müqəddəsin heykəlinə görə daha çox Sant'Anna kilsəsi kimi tanınan bu kilsə Matinella frazionisində yerləşir. San Giuseppe Lavoratore kilsəsi XX əsrdə inşa edilmiş müasir kilsədir və Borgo San Cesareo frazionisində yerləşir. Külək elektrik stansiyası Albanelladakı külək elektrik stansiyası Albanella şəhərindən bir neçə kilometr qərbdə, San Chirico təpəsində külək turbinləri yerləşir. Buradakı on turbin Amalfi sahilindən də görünür. 2004-cü ilin fevralında yaradılmış stansiyada hər birinin gücü 850 kVt olan V52 modelindən on külək turbini quraşdırılmışdır. Onlar ildə 20 milyon kVt·saatdan çox elektrik enerjisi istehsal edir. Külək elektrik stansiyası IWT (Italian Wind Technology) tərəfindən layihələndirilmiş və Danimarkanın çoxmillətli Vestas şirkətinin rəhbərliyi ilə hazırlanmışdır. Qardaş şəhərlər Thrakomakedones (Yunanıstan) İstinadlar


İstinadlar

Tarix : 8 oktyabr 2026