• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
aidi-iti

Aidi iti

Aidi (və ya Atlas dağ iti) - Şimali Afrikada, xüsusilə Atlas dağlarında yaranan bir it cinsidir və ən çox qoyun və keçiləri qoruyan çoban iti kimi istifadə olunur. Ən çox Mərakeşdə tapılır və burada fəaliyyət göstərən "Fédération Cynologique Internationale" tərəfindən çoban iti standartlarına uyğun olduğu təstiqlənmişdir. Aidi, Əlcəzair, Tunis və Liviyada da mövcuddur. Bu cinsin ovçuluq qabiliyyəti və yaxşı qoxu duyması vardır. Mərakeşdə, Aidi tez-tez ovçuluqda "Sloughi" iti ilə birgə işləyir. "Sloughi" Aidi tərəfindən tapılan heyvanları qovur. Tarix Adı ilk dəfə 1963-cü il "Atlas Çoban iti" olaraq qeyd olunmuşdur. 1969-cu ildə bu ad ləğv olunaraq Aidi ilə dəyişdirilmişdir. Cəsurluğu ilə tanınan Aidi, ənənəvi olaraq Atlas dağlarında yaşayır. Sahibini və onun əmlakını yabanı pişiklərdən, yırtıcılardan və yad adamlardan qoruyur. Aidi, "Berber" adı ilə də tanınır və bu ad, onu istifadə edən "Berber" tayfalarına istinad edir. Aidi, eyni zamanda "pariah iti" ilə bəzi qədim əlaqələrə malikdir. Keçmişdə, Aidi, səhrada köçəri tayfalar üçün əhəmiyyətli bir qoruyucu rolunu oynamışdır. Ən diqqətli və aqressiv itlər gecələr düşərgənin kənarında yerləşdirilirdi. Bu xidmətlərinə baxmayaraq, Sloughi kimi daha "zəngin" və "soylu" sayılan cinslərdən daha az hörmətə sahib olmuşdur. Lakin son dövrlərdə, Aidinin qoruyucu, ovçu, polis iti və həmkar kimi əhəmiyyətli xidmətləri nəzərə alınaraq, Mərakeşdə bu cinsi qorumaq məqsədilə yeni bir klub qurulmuşdur. Xüsusiyyətləri Aidi, 52–62 sm hündürlüyündə, təxminən 25 kq ağırlığında olan, səliqəli və əzələli bədənə sahibdir. Soyuq hava şəraitinə uyğunlaşmış qalın tük örtüyü var. Tağlı quyruğa sahibdir, tükləri yumşaq və sıx olur. Başları ayı başına bənzəyir, qara və qəhvəyi burunları olur. Çənələri güclüdür, qara, yaxud qəhvəyi dodaqları var. Orta ölçülü qulaqları irəliyə doğru əyilmiş və bir az sallanmışdır. Gözləri qara rəngdə olur. Aidi cinsinin tükləri ağ, qara, ağ və qara, açıq qırmızı və sarımtıl rənglərdə olur. Mərakeşin bəzi bölgələrində qulaqları kəsilir. Aidi, əsasən işləyən it kimi istifadə olunmasına baxmayaraq, şəhər ərazilərində ev heyvanı olaraq da populyarlıq qazanmışdır. Əgər ona uyğun təlim keçilsə, Aidi şəhər mühitinə yaxşı uyğunlaşır və məmnun bir yoldaşa çevrilir.


İstinadlar

Tarix : 21 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.