• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
afrika-cakanasi

Afrika Cakanası

Afrika Cakanası (lat. Actophilornis africanus) - "Jacanidae" ailəsinə aid olan çəmənlik quşu. Bu quş uzun barmaqları və dırnaqları ilə sevimli yaşayış yeri olan dayaz göllərdə üzən bitkilər üzərində gəzmək qabiliyyətinə malikdir. O, ən çox Afrikanın yarımsəhra ərazilərində yayılmışdır. Tarixi Afrika Jakanası ilk dəfə 1789-cu ildə alman təbiətşünası Yohan Qmelin tərəfindən təsvir edilmişdir. O, bu növü "Parra" cinsinə daxil etmiş və binomial ad olaraq "Parra Africana" istifadə etmişdir. Qmelin, 1785-ci ildə İngilis ornitoloqu Con Latam tərəfindən təsvir edilmiş növün əsasında bu təsviri yaradıb. Qmelin və Latam bu quşun Afrikada yaşadığını qeyd etmişlər. 1915-ci ildən sonra bu quşların sadəcə Efiopiyada yşadığı fərziyəsi irəli sürülmüşdür. Hazırda Afrika Cakanası, 1925-ci ildə Amerika ornitoloqu Harri Oberholser tərəfindən təsis edilən "Actophilornis" cinsinə aid edilir. Cins adı qədim yunan dilindən "aktē" ("çay sahili" və ya "dəniz kənarı"), "philos" ("sevən") və "ornis" ("quş") sözlərinin birləşməsindən yaranır. Bu növ monotipoik sayılır və alt növləri yoxdur. Xüsusiyyətləri Afrika Cakanası diqqət çəkən görüntüyə sahibdir. Unikal görüntüsü ilə digər quşlardan asanlıqla fərqləndirilə bilir. Ümumi uzunluğu 23-31 sm arasında olur. Digər Cakana növlərində olduğu kimi, dişi ortalama olaraq erkəkdən daha böyükdür. Erkəklər 115-224 qram, dişilər isə 167-290 qram arasında çəkiyə sahibdir. Bənzər ölçülü Madaqaskar Cakanası ilə bu növ ən ağır Cakana növləri hesab olunur. Onların üst hissəsi qəhvəyi, qanad ucları, arxa boyun və göz ətrafı isə qaradır. Yetkinlərin alt hissəsi də qəhvəyi olur, yalnız cavanlarda bu hissə ağ rəngdə olub, qarnında qəhvəyi ləkələr var. Dimdiyi mavidir. Ayaqları və uzun barmaqları isə boz rəngdədir. Qidalanma Afrika Cakanası bitkilər, həşəratlar və digər onurğasızlarla qidalanır. Çoxalması O, üzən yuvasında dörd qara ləkəli qəhvəyi yumurta qoyur. Cakana, poliqam (bir dişi çoxlu erkəklə cütləşir) cütləşmə sistemi ilə inkişaf etmişdir. Bu sistemin yaranmasında iki əsas amil rol oynayır. 1. Cakannın yaşadığı göllər çox zəngin resurslara sahibdir, buna görə də dişinin hər bir yumurtanı qoyarkən sərf etdiyi enerji çox tez bərpa olunur. 2. Cakana yumurta qoyan bir quşdur və yumurtalar hər iki cinsin valideynləri tərəfindən eyni şəkildə inkubasiya edilə və baxıla bilər. Bu da o deməkdir ki, bir neçə erkək yumurtadan çıxan balalara eyni anda qulluq edə bilirlər. Bu cür sistem, adətən erkəklərin dişiləri əldə etmək üçün rəqabət etdiyi növlərdə olur.


İstinadlar

Tarix : 21 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.