- Wikisun
Uzun COVID - COVID-19 infeksiyasının ilkin dövründən sonra davam edən və ya inkişaf edən sağlamlıq problemləri qrupu. Simptomları Simptomlar həftələr, aylar və ya illərlə davam edə bilər. Ümumdünya Səhiyyə Təşkilatı uzun COVID-19-u ilkin COVID-19 infeksiyasından üç ay sonra başlayan problem kimi təyin edir. Bəzi qurumlar isə onu ilkin infeksiyadan dörd həftə sonra başlayan sağlamlıq problemi kimi müəyyən edir. Uzun COVID bəzən yoxa çıxan və sonra yenidən görünən çoxlu sayda simptomlarla xarakterizə olunur. Post – COVID vəziyyətinin tez-tez bildirilən simptomları yorğunluq, yaddaş problemləri, nəfəs darlığı və yuxu pozğunluğudur. Baş ağrıları, psixi sağlamlıq problemləri, ilkin qoxu və ya dad itkisi, əzələ zəifliyi, qızdırma və koqnitiv disfunksiya da daxil olmaqla bir sıra digər simptomlar da özünü göstərə bilər. Səbəbləri Uzun COVID-in səbəbləri hələ tam başa düşülməyib. Fərziyyələrə orqan və qan damarlarının davamlı zədələnməsi, qanın laxtalanması ilə bağlı problemlər, nevroloji disfunksiya, davamlı virus və ya gizli virusların və autoimmunitetin yenidən aktivləşməsi daxildir. Uzun COVID-19 diaqnozu (şübhəli və ya təsdiqlənmiş) COVID-19 infeksiyası və ya simptomlarını əsas götürərək qoyulur. 2024-cü ilə kimi, uzun COVID-in yayılmasının böyüklər arasında təxminən 6-7%, uşaqlarda isə təxminən 1% olduğu təxmin edilir. Risk faktorları yuxarı yaş qrupu, qadın cinsi, astmanın olması və ilkin COVID-19 infeksiyasının ağır keçirildiyi hallardır. 2023-cü ilə kimi təsdiqlənmiş effektiv müalicə yoxdur. Uzun müddət davam edən COVID-in müalicəsi simptomlardan asılıdır. Yorğunluq üçün istirahət və məşqdən sonrakı nasazlıq üçün məşq zamanlarının tənzimlənməsi tövsiyə olunur. Qlobal miqyasda 400 milyondan çox insan uzun COVID-dən əziyyət çəkib. Bu xəstəlik dünyanın ümumi daxili məhsulunun 1%-nin itkisinə səbəb olmuş ola bilər. Uzun COVID (Long COVID) ifadəsi ilk dəfə 2020-ci ilin may ayında Twitter şəbəkəsində Elisa Perego tərəfindən istifadə edilmişdir.
https://www.klimik.org.tr/koronavirus/uzun-covid-bilmecesini-cozmek/
https://www.cdc.gov/covid/long-term-effects/index.html
https://www.nhs.uk/conditions/covid-19/long-term-effects-of-covid-19-long-covid/
https://www.nature.com/articles/s41577-023-00904-7
https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC9839201/
https://web.archive.org/web/20201004041817/https://blogs.bmj.com/bmj/2020/10/01/why-we-need-to-keep-using-the-patient-made-term-long-covid/
Tarix : 29 noyabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.