- Wikisun
Tempoyak (Cavi: تمڤويق) - Asam durian və ya pekasam, duryandan hazırlanmış Malay ədviyyatı. Bu, əsasən Cənub-Şərqi Asiyada yaşayan Malay etnik qrupunun, xüsusən də İndoneziya və Malayziyada istifadə etdiyi bir məhsuldur. Adətən təkbaşına istehlak edilmir, ədviyyat kimi və ya yemək bişirmək üçün inqrediyent olaraq istifadə olunur. Fermentasiyası Malay Arxipelaqında fermentasiya edilmiş duryan müxtəlif adlarla tanınır. Malay Yarımadasında, Borneo və Cənubi Sumatra bölgəsində (Cənubi Sumatra, Cambi, Benkulu və Lampunq əyalətləri) ümumiyyətlə tempoyak kimi tanınır. Açe bölgəsində pekasam, Qərbi Sumatradakı Minankabau bölgəsində isə asam durian adlanır. Asam sözü, "turş" mənasını verir və onun fermentasiya prosesini təsvir edir. Tempoyak, duryanın ətinin əzilib duz və ya şəkərlə qarışdırılması ilə hazırlanır. Qarışıq otaq temperaturunda (28–34°C) saxlanılır və konteynerin qapağı bağlanaraq anaerob şəraitdə 3-7 gün ərzində fermentasiya edilir. Fermentasiya prosesində iştirak edən bakteriyalar duryan növündən, fermentasiya şəraitindən və ətraf mühitdəki yerli mikroorqanizmlərdən asılı olaraq dəyişə bilər. Tempoyak yalnız qida qoruyucu funksiyasını yerinə yetirmir, eyni zamanda təbii qida dadlandırıcı kimi də xidmət edir. Tempoyakın acı bibər pastası və körilərə əlavə edilməsi yeməyə xüsusi bir ətir və ləzzət qatır. Tarixi Regiondakı bir çox fermentasiya olunmuş qida məhsulu kimi, durian mövsümündə həddindən artıq çox olan və istehlak edilməyən duryanın fermentasiyaya buraxılması ilə meydana gəlmişdir. "Hikayat Abdullah" adlı əsərdə tempoyak, Terengganu xalqının əsas qidası kimi qeyd edilir. Abdullah Abdul Kadir 1836-cı il ətrafında Terengganuya səfər edərkən, yerli sakinlərin ən sevimli yeməklərindən birinin tempoyak olduğunu bildirmişdir. Əsərdə tempoyak Malay etnik qrupuna məxsus bir qidadır və Malay Yarımadasının şərq sahilindəki ştatların ixtisas yeməyi sayılır. Malayziyanın Pahang ştatında yerləşən Temerloh, balıq fermaları və tempoyak sousunda hazırlanmış dadlı ikan patin masak tempoyak (fermentasiya olunmuş duryan sousunda gümüşü catfish) təqdim edən restoranları ilə ikan patinin paytaxtı kimi tanınır. İndoneziyada tempoyak xüsusilə Cənubi Sumatrada, xüsusən də Palembangda çox məşhurdur.
https://en.m.wikipedia.org/w/index.php?title=Tempoyak&wprov=rarw1
https://books.google.com/books?id=6NPMDAAAQBAJ&dq=tempoyak+indonesia+fermented+durian&pg=PA382
https://books.google.com/books?output=html_text&id=kjbaJrnVpDAC&dq=tempoyak+hikayat+abdullah&q=tempoyak
https://books.google.com/books?id=EWVYBQAAQBAJ&dq=tempoyak+indonesia+fermented+durian&pg=PA186
https://journalofethnicfoods.biomedcentral.com/articles/10.1186/s42779-023-00206-2
http://www.malaysiavegetarianfood.com/2013/03/29/tempoyakthe-malaysian-fermented-durian/
http://www.kuali.com/recipe/patin-in-fermented-durian-paste-gulai-tempoyak-ikan-patin/
https://news.yahoo.com/revisiting-durian-sambal-tempoyak-150150025.html
https://aisharaudhatul.wordpress.com/2011/01/15/pembuatan-tempoyak-asam-durian/
https://www.nst.com.my/lifestyle/jom/2019/10/532818/rustic-hinterland-pahang
http://palembang.tribunnews.com/2013/09/21/lezatnya-ikan-patin-tempoyak
https://books.google.com/books?id=E40pCwAAQBAJ&dq=tempoyak+bengkulu&pg=PA274
http://www.pontianak.web.id/pontianak/tempoyak-makanan-khas-pontianak.html
Tarix : 29 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.