- Wikisun
Swyer–James sindromu - Həmçinin Swyer–James–MacLeod sindromu olaraq da bilinən, nadir rast gəlinən ağciyər xəstəliyi. Ağciyərin kiçik olması ilə xarakterizə olunur. Səbəblər Uşaqlıq dövründə adenovirus infeksiyasını izləyən bronxiyolit obliteransı nəticəsində qan damarlarının azalması və alveolların genişlənməsi baş verir. Bunun nəticəsində ağciyərdə hava tıxanıqlığı yaranır. Simptomlar Adətən xəstəlik başqa bir problemi araşdırılarkən aşkar edilir. Bəzən fiziki fəaliyyət zamanı nəfəs darlığı, xırıltı, məşq etmə bacarığının azalması, öskürək və sinə ağrısı müşahidə edilir. Səbəbi Swyer–James sindromu postinfeksion obliterativ bronxiyolitin bir təzahürüdür. Bu sindromda, iştirak edən ağciyər və ya ağciyərin bir hissəsi normal şəkildə böyümür və qarşı tərəfdən bir az kiçik olur. Xüsusi radioloji görünüş alveolların həddindən artıq genişlənməsi və azalmış arterial axın nəticəsində yaranan ağciyər hiperlüsensiyası ilə xarakterizə olunur. Bu sindrom, "adenovirus tip 21" ilə əlaqələndirilmişdir, bu da bir növ adenovirus infeksiyasıdır. Diaqnoz Swyer–James sindromu, adətən, bir və ya (nadirən) hər iki ağciyərin yuxarı lobar sahələrində "KT" skanerlərində kölgələr yaradır. Bu xəstəlik, yüngül "bronchiektaziya"lı xəstələrlə eyni şəkildə inkişaf edir. Nəticədə, bu xəstəlik bir müddət diaqnoz qoyulmadan qala bilər. Hazırkı farmasotik inkişaflarla, xəstələrin normal və sağlam həyat sürməsi üçün proqnoz yaxşıdır. Tarix Swyer–James sindromu 1950-ci illərdə İngilis döş həkimi William Mathiseon MacLeod, həkim Paul Robert Swyer və radioloq George James tərəfindən Kanadada tapılmışdır.
https://www.atsjournals.org/doi/10.1164/rccm.201708-1691IM
https://radiopaedia.org/articles/swyer-james-syndrome
https://www.ncbi.nlm.nih.gov/books/NBK554442/
https://en.wikipedia.org/wiki/Swyer%E2%80%93James_syndrome
https://www.liebertpub.com/doi/10.4187/respcare.02552
https://www.annalsthoracicsurgery.org/article/S0003-4975(11)02756-1/fulltext
Tarix : 7 fevral 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.