• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
spotlayt-effekti

Spotlayt effekti

Spotlayt effekti - İnsanların həqiqətən olduğundan daha çox fərq edildiklərinə inanmalarına səbəb olan psixoloji termin. İnsan daima öz dünyasının mərkəzində olduğu üçün başqaları tərəfindən nə qədər diqqət çəkdiyini dəqiq qiymətləndirmək qeyri-adi haldır. Tarixi "Spotlayt effekti" termini Tomas Gilovic, Viktoriya Hastd Medvec və Kennet Savitski tərəfindən elmə daxil edilmişdir. Bu termin psixologiya dünyasında ilk dəfə 1999-cu ildə "Current Directions in Psychological Science" jurnalında göründü. Əslində 1999-cu ildən əvvəl Giloviç, Medvec və Savitskinin təsvir etdiyi spotlayt effektinə bənzər hadisələri araşdıran başqa tədqiqatlar da var idi. Spotlayt effektini təkcə Giloviç tədqiq etməyib. Devid Kenni və Bella DePaulo insanların başqalarının onlara necə baxdığını bilib-bilmədiyini araşdıran bir araşdırma aparıblar. Kenni və DePaulo hesab edirlər ki, fərdlər başqalarının onlar haqqında nə düşündüklərini onlara verilən digər rəylərdən daha çox öz mənlik qavrayışlarından istifadə edərək əsaslandıracaqlar. Tədqiqat müəyyən edib ki, fərdlərin başqalarının onlar haqqında nə düşündüyünə dair fikirləri əslində onlar haqqında düşündüyü ilə müqayisədə dəyişkəndir. Tədqiqat Tom Giloviç və həmkarları 2000-ci ildə Personality and Social Psychology jurnalında apardıqları araşdırma ilə bağlı məqalə dərc etdilər. Bu araşdırmada, tədqiqatçılar bir-biri ilə əlaqəsi olmayan bir tapşırığı eyni otaqda yerinə yetirmək üçün təsadüfi olaraq tələbələr təyin etdilər. Sonra isə bu seçilən tələbələrə onlar üçün utancverici olan bir köynək (köynəyin üzərində cəmiyyət tərəfindən sevilməyən bir müğənninin şəkli var idi) geyinməyi tapşırdılar. Ardından bu köynəyi geyinən tələbələri, içində xeyli insan olan bir otağa salırlar. Sonda tədqiqatçılar bu köynəyi geyən tələbələrdən otaqda neçə nəfərin geyindiklərini fərq etdiyini təxmin etmələrini istədi. Köynək geyən tələbələr otağın təxminən 50%-nin fərq etdiyini təxmin etdi. Reallıqda otaqdakı insanların yalnız 25%-i bu köynəyi tanıya bildi. Maraqlıdır ki, başqa tələbələrdən bu qrupların səsyazmalarını izləmək və köynəyi neçə nəfərin görəcəyini düşündüklərini təxmin etmək istənildikdə, onlar reallıqla oxşar təxminlərə sahib idilər – təxminən 25%. Bu o deməkdir ki, əslində köynəyi geyinmək və vəziyyətdə olmaq, insanların nə qədər çox insanın kəskin şəkildə fərq edəcəyini düşüncəsininin artmasına səbəb olur. Birinci təcrübənin ardından tədqiqatçılar ikinci təcrübə apardılar. Bu dəfə tələbələrə 3 utandırıcı olmayan köynək arasından seçim edə biləcəkləri bildirildi. Yenə də köynək geyinən tələbələr otağın təxminən 50%-nin köynəyi görüb xatırlayacağını təxmin etdilər. Bu araşdırmada insanların 10%-dən azı əslində bu köynəklərin fərqinə varmışdı. Araşdırılması Spotlayt effekti psixologiyanın və cəmiyyətin bir çox müxtəlif aspektlərində mühüm rol oynayır. İlk növbədə, bu sahə bağlı araşdırma dörd şəxs tərəfindən həyata keçirilmişdir: Tomas Giloviç, Kennet Savitski, Viktoriya Medvec və Tomas Kruqer. Onların tədqiqat mərkəzinin əsas diqqəti sosial mühakimələr, fərdi töhfələrin diqqəti cəlb edilməsi, fərdlərin hərəkətləri və fərdlərin başqalarının onları necə qəbul etdiyinə əsaslanır. Təsirləri Fərdlərin hərəkətləri və onların başqalarının onların performansını necə qəbul etdiyinə inanmaları da diqqət mərkəzinə düşmə effekti tədqiqatının mühüm hissəsini oynayır. Giloviç, Medvec və Savitski bu fikri daha da araşdırdılar. Böyük, qarşılıqlı əlaqədə olan qrupları əhatə edən vəziyyətlərdə ümumi bir detal başqalarının diqqətinin təkcə fərd üzərində cəmlənməsinin səbəbini müəyyən edir. Sinif mühazirəsi və ya idman yarışması kimi şəraitdə diqqət fərdin üzərində cəmləşmə və qrupun hərəkətləri arasında bölünür. Diqqətin bölünməsini müəyyən edə bilməmək fərdləri həmyaşıdlarının onları pis qavraması ehtimalını həddən artıq qiymətləndirməyə gətirib çıxarır.


İstinadlar

Tarix : 26 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.