• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
sovusan-qeza-near-miss

Sovuşan qəza (Near Miss)

Qəzaya Yaxın Hal/Sovuşan Qəza anlayışı - Təhlükəsizlik idarəçiliyində geniş şəkildə istifadə olunan bir termin olub, hər hansı bir bədbəxt hadisənin meydana gəlməsinə çox yaxın olduğu, lakin ziyan və ya xəsarət almadan qarşısının alındığı vəziyyətləri təsvir edir. Yəni baş vermiş hadisənin heç bir mənfi nəticəsi yoxdursa, bu hal sovuşan qəza anlamına gəlir. Belə hadisələr, iş qəzaları baş verməzdən əvvəl xəbərdarlıq siqnalı kimi qəbul edilə bilər və gələcəkdə potensial ciddi qəzalardan qaçınmaq üçün dərs kimi istifadə olunmalıdır. Sovuşan qəza anlayışı xüsusilə iş yerlərində, təhlükəli iş sahələrində və sənayedə çox əhəmiyyətlidir. Qəzaya Yaxın Hal/Sovuşan Qəza hadisələri təhlükəsizlik mədəniyyətinin formalaşmasında əsas amillərdən biridir. İş qəzalarının yan keçməsindən sonra risklərin təhlili və analiz edilməsi, iş şəraitindəki potensial problemləri üzə çıxarmağa kömək edir. Bu analizlər, işçilərin təhlükəsizlik protokollarına əməl etməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi üçün əsaslı təkliflərin hazırlanmasına və təkmilləşdirilməsinə imkan verir. Bu qeydlər İSO 45001 idarəetmə sisteminin 5.6-cı "Çalışanlardan Məlumatları Alınması" əsas başlığını əldə əsas tutaraq, sistemlə yanaşı olaraq tətbiq edilməkdədir. Səbəbləri Qəzaya Yaxın Hal/Sovuşan Qəzanın baş verməsinin əsas səbəbləri arasında təhlükəsizlik qaydalarına əməl edilməməsi, avadanlıqların düzgün istifadə olunmaması, iş yerinin təhlükəsiz halda saxlanılmaması, iş şəraitində təhlükələrin düzgün dəyərləndirilməməsi və ya kifayət qədər təlimatın verilməməsi kimi faktorlar yer alır. Bu kimi hadisələrin tez-tez təkrarlanmaması üçün işçilərin mütəmadi olaraq təhlükəsizliklə bağlı təlimlərə cəlb edilməsi və təhlükə qiymətləndirməsi kimi fəaliyyətlər həyata keçirilməlidir. Bu hadisələr bir xəbərdarlıq siqnalı kimi qəbul edilməli və gələcəkdə daha ciddi qəzaların qarşısını almaq üçün dərindən analiz olunmalıdır. Beynəlxalq səviyyədə bir çox müəssisələr bu cür hadisələrinin qeydiyyatını məcburi hala gətirərək, işçilərin təhlükəsizliyinə önəm verirlər.


İstinadlar

Tarix : 19 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.