• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
siskiyou-sincabi-neotamias-siskiyou

Siskiyou sincabı (Neotamias siskiyou)

Siskiyou sincabı (Neotamias siskiyou) - Sciuridae fəsiləsinə aid olan bir gəmirici növüdür. ABŞ-nin şimali Kaliforniya və mərkəzi Oreqon bölgələrində endemikdir. Anatomiya və morfologiya Siskiyou sincabı görünüş baxımından Allen sincabı (Neotamias senex) və sarı yanaqlı sincab (Neotamias ochrogenys) ilə ən yaxın oxşarlıq göstərir. Xəzi boz-qəhvəyi rəngdədir və belində beş tünd qəhvəyi və dörd boz zolaq var; mərkəzi zolaq digər zolaqlara nisbətən daha qara və tünd rəngdədir. Bundan əlavə, Neotamias siskiyou-nun hər yanağında üç qəhvəyi və iki boz zolaq var. Siskiyou sincabının xüsusi görünüşü növün yaşadığı geniş coğrafi ərazidən asılı olaraq dəyişir, sahil bölgələrində daha böyük və tünd rəngli fərdlər tapılır, daxili ərazilərdə isə daha kiçik və açıq rəngli fərdlər üstünlük təşkil edir. Yayılması və yaşayış yeri Neotamias siskiyou şimali Kaliforniyada, Humboldt və Del Norte qraflıqlarında, həmçinin Oreqonda Siskiyou dağlarında tapılır. Siskiyou sincabının yayılma arealı cənubdan Klamat çayı, şimaldan isə Rogue çayı ilə məhdudlaşır. Davranış Siskiyou sincabları ən çox gecə vaxtı fəaldırlar, lakin səhər tezdən və günorta vaxtı da fəaliyyət göstərirlər. Onların tək hecalı xarakterik bir səsi var və adətən bu səsləri bərabər aralıqlarla təkrarlayaraq ünsiyyət qururlar. Taksonomiya Neotamias siskiyou, Townsend qrupuna aid olan sincab növlərindən biridir. Bu qrup ABŞ-nin qərbində və Kanadada yaşayan yaxın qohum sincab növlərindən ibarətdir. Bu qrupa daxil olan digər sincab növləri: Neotamias senex (Allen sincabı), Neotamias ochrogenys (sarı yanaqlı sincab) və Neotamias townsendii (Townsend sincabı) daxildir. Əvvəllər bu qrupun bütün növləri tək bir növ kimi qəbul edilirdi. Lakin Sutton və Nadler, aralarında çarpaz çoxalmanın olmamasını və hər bir növün fərqli fiziki görünüşünü ayrı növlər olduqlarının göstəricisi kimi qəbul etdilər.


İstinadlar

Tarix : 7 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.