• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
simali-qerbi-avropa

Şimali-Qərbi Avropa

Şimali-Qərbi Avropa - Avropanın sərhədləri müəyyən edilməmiş alt bölgəsi. Şimali və Qərbi Avropa ilə üst-üstə düşür. Bu termin coğrafiya, tarix, və hərbi kontekstlərdə istifadə olunur. Coğrafi təriflər Coğrafi baxımdan, Şimali-Qərbi Avropa bəzi mənbələrə görə, Böyük Britaniya, İrlandiya,Belçika, Niderland, Lüksemburq, Şimali Fransa, Almaniyanın bəzi hissələri və ya tam olaraq, Danimarka, Norveç, İsveç, və İslandiya daxil olan bir bölgə olaraq verilmişdir. Bəzi işlərdə isə, İsveçrə, Finlandiya və Avstriya da Şimali-Qərbi Avropanın bir hissəsi olaraq daxil edilir. Interreg proqramı altında, Avropa Regional İnkişaf Fondu tərəfindən maliyyələşdirilən "Şimal-Qərbi Avropa" (NWE), Belçika, İrlandiya, Lüksemburq, İsveçrə, Niderland və Fransa ilə Almaniyanın bəzi hissələrini əhatə edən bir Avropa Ərazi Əməkdaşlığı bölgəsidir. Etnografiya İnqilab dövründə, Şimali-Qərbi Avropanın bəzi hissələri protestantlığa çevrildi, bu da regionu digər Avropa bölgələrindəki Roma Katolik qonşularından fərqləndirdi. Şimali-Qərbi Avropa anlayışı, 19-cu əsrin sonlarından 20-ci əsrin ortalarına qədər bəzi antropoloqlar, yugenistlər və nordikçilər tərəfindən istifadə edilmişdi. Onlar bu termini Şimali Avropa mənşəli əhalinin üstünlük təşkil etdiyi Avropanın bir hissəsini qısa şəkildə ifadə etmək üçün istifadə edirdilər. Məsələn, 19-cu əsrin aristokratı və elmi irqçilik sahəsində əsərlər nəşr edən Arthur de Gobineau, Şimali-Qərbi Avropanın bəzi hissələrini Leon Baradatın "Aryan cənnəti" olaraq təsvir etdiyi yerə daxil etmişdi. Genetika Bəzi Şimali-Qərbi Avropa əhaliləri arasında yaxın genetik əlaqələr var, bu əhalinin bəziləri step təsiri daşıyan Bell Beaker əhalisindən törəmişdir.[citation needed] Məsələn, aşağı Reyn çayı boyunca yaşayan Beaker xalqı Böyük Britaniyanın genetik hovuzlarının 90%-ni dəyişdirmiş və əvvəllər mövcud olan Basq dilinə bənzər neolotik əhalini əvəz etmişdir.


İstinadlar

Tarix : 12 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.