• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
4
3
5
2
senger-ayagi

Səngər ayağı

Səngər ayağı - Ayaqlarda rütubət səbəbilə yaranan zədələnmə. Təbabət Səngər ayağının qarşısını almaq ayaqları təmiz, isti və quru saxlamaqla mümkündür. Şərtlər baş verdikdən sonra, ağrıları azaltmaq üçün ağrıkəsici dərmanlar lazım ola bilər. Ağrılar müalicə sonrası aylarla davam edə bilər. Zədələnmiş toxumaların götürülməsi və ya amputasiya tələb olunan hallar olur. Tarix Bu vəziyyət ilk dəfə 1812-ci ildə Napoleon Bonapartın Rusiyadan geri çəkilməsi zamanı təsvir edilmişdir. Adlar Səngər ayağı, I Dünya Müharibəsi zamanı bu xəstəliyin yayılması ilə qeyri-rəsmi olaraq verilmiş bir addır. Həmin dövrün sağlamlıq mütəxəssisləri bu vəziyyəti öyrənərkən müxtəlif digər terminlərdən istifadə etmişlər, amma nəhayət "səngər ayağı" rəsmi olaraq qəbul edilmişdir. Vietnam müharibəsi zamanı bu vəziyyət "canqıl çürüməsi" adı ilə tanınmışdır. Eyni zamanda, bu vəziyyət "batırılma ayağı sindromu" və qeyri-dondurucu soyuq zədəsi olaraq da tanınır. Simptomlar Səngər ayağı tez-tez təsirlənmiş ayaqlarda titrəmə və qaşınma hissi ilə başlayır və sonradan uyuşma və ya ağrıya çevrilir. Ayaqlar, zəif qan təchizatı nəticəsində qızarır və ya mavi olur. Şərtlərin pisləşməsi ilə ayaqlar şişməyə və çürümə qoxusu yayılmağa başlayır, əzələlər və toxumalar funksiyasının itirir. Ayaqlara əl ilə toxunduqda ,alışıb yanacaq qədər istilik hiss olunur. İrəliləmiş səngər ayağı bəzən şişliklər və açıq yara ilə nəticələnir ki, bu da göbələk infeksiyalarına səbəb olur. Həmçinin, hissiyatın qayıtması ilə güclü qısa müddətli ağrılar müşahidə olunur. Səbəblər Səngər ayağı, dondan fərqli olaraq, dondurucu temperatur tələb etmir. Bu vəziyyət 16 °C (61 °F) qədər olan temperaturda və cəmi 10 saat ərzində baş verə bilər. Bu ətraf mühit şəraitlərinə məruz qalmaq kapilyarların pozulmasına və ətrafdakı toxumaların zədələnməsinə səbəb olur. Hiperhidroz (artıq tərləmə) uzun müddətdir ki, bu vəziyyətin səbəblərindən biri hesab edilir. Sanitariya, soyuq və rütubətli şərait də səngər ayağına səbəb ola bilər. Diaqnoz Səngər ayağı diaqnozu, adətən, hər hansı bir araşdırma tələb etməz, lakin sümükdə bir infeksiya şübhəsi olduqda rentgen çəkilə bilər. Tam qan sayımı infeksiya olduğu halda ağ qan hüceyrələrinin yüksək olduğunu göstərə bilər və iltihab markerləri, məsələn, eritrosit çöküntü sürəti və ya C-reaktiv zülal (CRP), şiddətini göstərə bilər. Müalicə Ayaqları quru saxlamaq birinci xəstəlik müalicə üsuludur. Başlanğıc hədəf, ayaqların zədələnməmiş toxumalarını qorumaq və daha da zədələnməsini qarşısını almaqdır. Emolyent tətbiq edilməsi kömək edir. Əsas müalicə qanqrena kimi, cərrahi debridementdir. Ciddi hallarda amputasiya tələb oluna bilər.


İstinadlar

Tarix : 6 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.