- Wikisun
Rusalka - Şərqi Avropa, xüsusilə Slavyan folklorunda rast gəlinən mistik varlıqlardan biri. Rusalka, adətən su hövzələrində yaşayan, insanlara və ya təbiətə təsir göstərən qadın ruhları kimi təsvir olunur. Onlar müxtəlif mədəniyyətlərdə fərqli xüsusiyyətlərə sahib olsa da, əsasən su hövzələrində yaşayan məxluq olaraq tanınırlar. Mənşəyi Rusalka əfsanələri qədim Slavyan inanclarına əsaslanır. Onların mənşəyi təbiət ruhlarına və qədim dini inanclara gedib çıxır. Rusalkalarla bağlı əsas inanclar bunlardır: Rusalkalar adətən vəfat etmiş gənc qadınların, xüsusən də sevgi acısından və ya faciəvi ölümdən dünyasını dəyişmiş qadınların ruhu kimi təsvir edilir. Onlar çaylarda, göllərdə və ya bataqlıq yerlərində yaşayır. Bu su hövzələri rusalkaların əbədi evi hesab olunur. Rusalkalar bəzən qəzəbli ruhlar kimi təsvir olunur və insanları, xüsusən kişiləri cəlb edib, suya çəkərək məhv edirlər. Rusalka təsvirləri Şimali Rusiyada rusalkalar daha çox təhlükəli varlıqlar kimi təsvir olunur. Onların yaşıl saçları və hiptonik gözləri olduğu deyilir. Cənub və Mərkəzi Avropada isə rusalkalar daha çox mülayim, hətta faydalı varlıqlar kimi qəbul olunur. Onlar məhsuldarlığı artıran su ruhları kimi də təsvir edilirlər. Lakin yaşadıqları əraziyə xəyanətkar kişilər gəldikdə onları cəzalandırdıqlarına inanılır. Rusalkalar uzun saçlı, gözəl qadın kimi göstərilir. Saçlarının təbiətlə əlaqəli müxtəlif rənglərdə olduğu deyilir: qızılı, yaşıl və ya bəzən qara. Rusalkaların davranışı və gücü Bəzi bölgələrdə rusalkalar məhsuldarlıq, suvarma və təbiətin gücünü simvolizə edir. Onların mahnıları bitkiləri sulayaraq torpağın məhsuldarlığını artırır. Əfsanələrə görə, rusalkalar dənizçiləri, səyyahları və xəyanətkar kişiləri mahnıları ilə cəlb edir və onları suya çəkərək boğurlar. Rusalka ilə su pəriləri arasındakı fərqlər Su pəriləri əfsanəvi (mifoloji) varlıqlar olaraq yaradılmışdır, rusalkalar isə ruhlara inamla bağlı dini inanclardan yaranıb. Su pəriləri ümumiyyətlə daha mülayim və mehriban təsvir olunur, rusalkalar isə bəzən qisasçı və təhlükəli varlıqlar kimi göstərilir. Rusalkalar daha çox çay və göllərdə yaşayır, su pəriləri isə əsasən okean və dənizlərlə əlaqələndirilir. Mədəniyyətdə rusalkalar 1829 – "Rusalka", Orest Somovun hekayəsi. 1831 – "Rusalka", Mixail Lermontovun şeiri. 1895 – Roussalka, Henri Duparçın tamamlanmamış operası. 1901 – Rusalka, Antoni Dvorakın operası. 1908 – Su Anası-Tatar şair Abdullah Tukayın şeiri. 1989 – Rusalka, C. J. Çerrinin fantastik romanı. 1996 – Aleksandr Petrovun filmi. 2005 – "The Rusalka Cycle: Songs Between the Worlds", Kaliforniyalı qadın vokal qrupu Kitkanın mahnısı 2013 – "Fatima Rusalka", metal grupu Alesananın mahnısı 2016 – "The Book of Speculation: A Novel", Erika Sveylerin rusalka obrazları olan əsəri. 2018 - "Rusalka, Rusalka / Wild Rushes", "The Decemberists" qrupunun mahnısı Simvolik mənası Təbiətin gücü: Onlar təbiətin həm həyatverici, həm də dağıdıcı gücünü təmsil edir. İnsan hissləri: Rusalkalar sevgi, xəyanət və qisas kimi insan duyğularının mistik təcəssümü hesab olunur. İnancların keçmişi: Onlar qədim Slavyan inanclarının və xristianlıqdan əvvəlki dini ənənələrin qalığı kimi qəbul edilir. Rusalka obrazı bu gün də musiqidən ədəbiyyata, filmlərdən incəsənətə qədər bir çox sahədə istifadə edilir və mifik dünyanın unudulmaz simvolu kimi qalır.
https://en.wikipedia.org/wiki/Rusalka
https://www.britannica.com/topic/rusalka
https://ozhanozturk.com/2018/04/28/rusalka/
https://wannart.com/icerik/28108-rusalka
https://az.arsgoetiademons.com/bloglar/ruh-tanr%C4%B1lar%C4%B1/rusalka-slavyan-folklorunun-valehedici-g%C3%B6z%C9%99lliyi
Tarix : 10 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.