- Wikisun
Qızılı dikburun meymun (Rhinopithecus roxellana) - Mərkəzi və Cənub-Qərbi Çinin mülayim, dağlıq meşələrində kiçik bir əraziyə endemik olan meymun növü. Onlar Cənub-Qərbi Çinin bu dağlıq meşələrində dəniz səviyyəsindən 1500–3400 m hündürlükdə yaşayırlar. Çində adı Sıçuan qızıl saçlı meymunudur. Həmçinin Sıçuan dikburunlu meymunu kimi də adlandırırlar. Çində olan üç dikburunlu meymun növü arasında ən çox yayılan qızılı dikburunlu meymun növüdür.\ Xüsusiyyətləri Soyuğa dözümlü heyvandır və asağı temperaturlu ərazilərdə yaşaya bilir. Qidalanması fəsillərə uyğun olaraq dəyişir, amma əsasən otyeyən heyandır. Ağaclarda yaşayır və vaxtının 97 %-ni kölgəlikdə keçirir. Sayları təxminən 8000-15000 arasında dəyişir Bioloqlar hazırda bu meymunun üç alt növünü müəyyən ediblər. Bu meymunun ilk növbədə quyruqlarının uzunluğu, həmçinin müəyyən skelet və diş xüsusiyyətləri digərlərindən əsas fərqlənən tərəfləridir. Qorunması Bu meymunların nəsli sürətlə kəsilməyə doğru getdiyindən bir çox təbiət qoruqları və milli parklarda mühafizə edilirlər. Bu qoruqlara misal olaraq, Baihe Təbiət Qoruğu, Foping Milli Təbiət Qoruğu, Shennongjia Milli Geoparkını göstərmək olar. Zooparklarda isə bu növ meymunlar 1985-ci ildə San-Fransiskoda, 1984-1989 cu illərdə isə San-Dieoqda saxlanıldı. Hazırda qızılı dikburunlu meymunları Çindən kənarda, yalnız Honq-Konq, Yaponiya və Cənubi Koreyada görmək olar.
https://en.wikipedia.org/wiki/Golden_snub-nosed_monkey
https://animaldiversity.org/accounts/Rhinopithecus_roxellana/
https://www.gbif.org/species/7262006
https://treatment.plazi.org/id/CE199B17FFA5FFA1FAFF62BFF64BFCE0
https://www.nature.com/articles/s41598-018-34311-z
Tarix : 4 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.