- Wikisun
Qida şüalanması- Qida məhsullarının keyfiyyətini artırmaq və müxtəlif patogen mikroorqanizmlərdən təmizləmək üçün tətbiq edilən texnologiya. Bu üsul, yüksək enerjili elektromaqnit şüalarının (gamma, elektron və rentgen şüaları) ərzaq məhsullarına tətbiq olunmasını əhatə edir. Qida şüalanması, qida məhsullarının təzəliyini qorumaq, saxlama müddətini artırmaq və mikroorqanizmləri məhv etmək üçün istifadə edilir. Tətbiqi Qida şüalanması əsasən meyvə-tərəvəz, ət və quş əti məhsulları, balıq və digər dəniz məhsullarının zərərvericilərdən və patogenlərdən təmizlənməsi məqsədilə tətbiq edilir. Bu üsul, qida məhsullarının mikrobial kontaminasiyasını aradan qaldıraraq, onların bakteriyal infeksiya riskini azaldır. Qida şüalanması qida məhsullarının saxlanma müddətini uzadaraq, onları daha uzun müddət təzə saxlamağa imkan verir. Qida şüalanması xüsusi avadanlıq və cihazlar vasitəsilə həyata keçirilir. Bu proses üçün qida məhsulları müəyyən bir radioaktiv şüa mənbəyinə məruz qalır. Məsələn, kobalt-60 və ya cezium-137 izotopu kimi gamma şüa mənbələri istifadə edilir. Qida məhsulu şüalandırıcı cihazlarda yerləşdirilir və yüksək enerjili elektromaqnit şüaları ərzaq məhsuluna istiqamətləndirilir. Bu şüalar, məhsulun üzərinə düşərək mikroorqanizm və zərərvericiləri məhv edir. Şüalanma dozası çox aşağı səviyyədə olmalıdır ki, qida məhsulunun keyfiyyəti və təhlükəsizliyi qorunsun. Şüalanma zamanı qida məhsulunun kimyəvi tərkibi, xüsusilə vitaminlər və antioksidantlar qorunmalı və dəyişikliklər minimal olmalıdır. Faydaları Təhlükəsizlik: Qida məhsullarını sterilizasiya edir, patogen mikroorqanizmlərin və zərərvericilərin qarşısını alır. Uzunömürlülük: Qida məhsullarının təzə qalma müddətini artırır, bu isə qida tullantılarını azaldır. Ekoloji üstünlük: Kimyəvi pestisidlərdən və bakterisidlərdən istifadə etmədən mikroorqanizmləri məhv edir, beləliklə ekoloji üstünlük təmin edir. Kimyəvi və fiziki qorunma: Qida məhsullarının tərkibini dəyişdirmədən mikroorqanizmləri məhv edir, bu isə qida keyfiyyətini qoruyur. Mənfi təsirləri Bəzi insanlar qida şüalanmasının qida məhsullarının molekulyar tərkibini dəyişdirə biləcəyindən, məsələn vitaminlərin və antioksidantların məhv olmasından, radiasiyaya məruz qalmış qidaların insanda müxtəlif xəstəliklər yaradacığından narahatdır. Buna baxmayaraq, qida şüalanması texnologiyası qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti üçün etibarlı bir üsul olaraq geniş tətbiq olunur. "ABŞ Qida və Dərman İdarəsi (FDA)", "Dünya Sağlamlıq Təşkilatı (WHO)", "Xəstəliklərin Nəzarəti və Qarşısının Alınması Mərkəzləri (CDC)" və "ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA)" qida şüalanmasının etibarlılığını təsdiqləyir. "ABŞ Qida və Dərman İdarəsi" və "ABŞ Kənd Təsərrüfatı Nazirliyi" aşağıdaki qidaların şüalandırılmasına icazə vermişdir: 1. İstixanda qablaşdırılmış, soyudulmuş və ya dondurulmuş qırmızı ət — patogenlərə (E. Coli O157:H7 və Salmonella) nəzarət etmək və saxlama müddətini artırmaq üçün. 2. Paketlənmiş toyuq — patogenlərə (Salmonella və Camplylobacter) nəzarət etmək üçün. 3. Təzə meyvə-tərəvəz və taxıllar — zərərvericiləri öldürmək və böyümə, yetişmə, cücərməni əngəlləmək üçün. 4. Donuz əti — "trihinyozun" qarşısını almaq üçün. 5. Ərzaq əlavələri, ədviyyatlar və tərəvəz ədviyyatları — zərərvericilər və mikroorqanizmləri məhv etmək üçün. 6. Quru və ya qurudulmuş ferment preparatları — zərərvericilər və mikroorqanizmləri məhv etmək etmək üçün. 7. Ağ kartof — cücərməni əngəlləmək üçün. 8. Buğda və buğda unları — zərərvericiləri məhv etmək üçün. 9. Açıq və ya paketlənmiş çiy kələm və ispanaq. 10. Dəniz məhsulları-balıqlar və digər qabıqlı canlılar.
https://en.wikipedia.org/wiki/Food_irradiation
https://evrimagaci.org/gida-isinlama-teknolojisi-besinleri-kontrollu-bir-sekilde-iyonize-radyasyona-maruz-birakmak-onlari-daha-guvenli-ve-saglikli-hale-getirebilir-mi-10031
https://www.gidabilgi.com/Makale/Detay/gida-isinlama-nedir-e74767
https://visiontv.az/article/qida-sualandirilmasi-ve-ya-yemeyimizi-nece-suayla-temizleyirik
https://www.fda.gov/food/buy-store-serve-safe-food/food-irradiation-what-you-need-know
https://www.cdc.gov/radiation-health/food-irradiation/index.html
Tarix : 12 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.