- Wikisun
Qasadalur - Farer adalarında Vaqarın qərb tərəfində yerləşən və Mykines adasının panoramik mənzərəsinə malik kənd. 213 metrlik sıldırım qayaların üzərində inşa edilən Qasadalur Mykinesfjordurun kənarında yerləşən Vagarın ən yüksək dağları ilə əhatə olunmuşdur. Burada cənubdan Tindholmur və Gasholmurun mənzərəsi olduqca möhtəşəmdir. Qasadalur kəndi sahilinin yüksək hündürlüyə malik olmasına görə eniş sahəsi çox zəifdir. Kəndə nəqliyyat yalnız İkinci Dünya Müharibəsində ingilis işğalı zamanı tikilmiş pilləkənlərlə təmin edilir. Digər kəndlərə çatmaq üçün 400 metr hündürlüyü olan dağlardan keçmək lazım olur. Kənd əhalisinin sayı çox azdır. 2002-ci ildə Qasadalurda cəmi on altı nəfər yaşayırdı. 2004-cü ildə Qasadalstunnilin tuneli qayanın arasından partladıldı və oradan avtomobillə keçmək mümkün oldu. Əhali qısa müddətə artıb 2010-cu ildə 23 nəfərlik zirvəyə çatsa da, o vaxtdan bəri azalıb və 2020-ci ildə cəmi 11 nəfər olub. Etimologiya Kəndin adının Kirkjubourdan gələn Gaesa adlı qadının adı ilə bağlı olduğuna dair hekayələr var. Digər varianta görə, Qasadalur (Qaz vadisi) qədim zamanlardan vadiyə səyahət edən vəhşi qazların şərəfinə adlandırılıb.
https://en.wikipedia.org/wiki/G%C3%A1sadalur
https://guidetofaroeislands.fo/travel-faroe-islands/drive/gasadalur/
https://visitvagar.fo/en/about5/about-vagar-and-mykines/the-villages/gasadalur
https://dumitrip.com/guides/gasadalur
Tarix : 29 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.