- Wikisun
Puli - Macarıstanın uzun tüklü məşhur it cinsi. Bu itlərin kürkündəki sıx buruq saçlar, "dreadlocks"a (ipə bənzər saç düzümü) bənzəyir. Bu cür kürk daha böyük bir cins olan və Macarıstan mənşəli komondorda var. Xüsusiyyətləri Puli, adətən qara rəngdə olan bir itdir. Daha az yayılmış rənglər arasında krem rəngi, ağ və bozu görmək olar. Krem rəngli puli itlərinin bəzilərinin üzləri qara tüklərlə örtülmüşdür. Ağ Puli itləri albinizmə malik deyil və mavi gözləri yoxdur. Onların əksər hallarda tünd piqmentlərə, qara ləkələrə, qara burunlara sahib olmaları müşahidə edilir. Ağ rəngli gen qara rəngli genə nisbətən daha azdır. Cinsin standartına görə, dişi itlərin boyu təxminən 42, erkək itlərinki isə 43 sm-dir. Dişi puli itləri 23-25, erkək itlər isə daha ağırdır. Puli itlərinin kürkü ya incə, ya da daha qalın, həmçinin düz və yuvarlaq olur. Kürkünün təmiz, nizamlı və cazibədar qalması üçün qulluq tələb olunur. Yaşlandıqca kürkü olduqca uzunlaşır, hətta yerə toxunur. Bununla yanaşı, kürkünü müntəzəm olaraq qısa saxlamaq asan qulluğa yardım edən amillərdəndir. Amma uzun tüklərlə örtülmüş kürk, bir çox insanın bu cinsə olan marağının əsas səbəbidir. Ağıllı və aktiv olan puli, gənc yaşlarından etibarən itaətkar təlim tələb edir. Pulinin daxili ev heyvanı olaraq saxlanması məqsədəuyğundur. Öz günlük enerjilərini sərf edə bilmədikdə ya utancaq, ya da həddindən artıq aktiv ola bilərlər. Həddindən artıq dostcanlı olan bu itlər, yad insanlara qarşı aqressiv olurlar. Digər macar cinsli itlər kimi, uşaqlarla daha yaxşı yola gedirlər. Fəaliyyətləri İri görünüşünə və qalın kürkünə baxmayaraq, pulilər çox sürətli, çevik və yön dəyişdirmə qabiliyyətinə malikdirlər. Onlar atletik yarışlar üçün təlim edilə biləcək qədər itaətkardırlar. Pulilər çox sadiqdirlər və sahibləri ilə yaxın əlaqələr qururlar. Ənənəvi olaraq, puli it cinsinin əsas məqsədi heyvan sürülərini otarmaq və baxçası olan evlərin həyətinə nəzarət etməkdir. Sahiblərinə sadiq olurlar və yad adamlara qarşı ehtiyatlıdırlar. Onlar çox aktivdir və ömür boyu oynaq, balaca it davranışını qoruyurlar. Tarix Macarlar pulini 9-cu əsrdə Macarıstana gətirmişdirlər. Bundan sonra puli Macarıstanda çoban itinə çevrilmişdir. "Encyclopedia of the Dog"a görə, puli pudellərin atasıdır. Puli cinsi ilk dəfə 1920-ci illərdə Macarıstanın baytar həkimi Emil Raitsitz tərəfindən araşdırılmışdır.
https://en.wikipedia.org/wiki/Puli_dog
https://a-z-animals.com/animals/puli/
https://www.akc.org/dog-breeds/puli/
https://www.britannica.com/animal/puli
https://www.thesprucepets.com/puli-dog-breed-profile-4774459
https://www.petmd.com/dog/breeds/puli
https://www.hillspet.com/dog-care/dog-breeds/puli
https://puliclub.org/wp/
https://www.dogster.com/dog-breeds/puli
https://wagwalking.com/breed/puli
https://www.wisdompanel.com/en-us/dog-breeds/puli
https://www.purina.co.uk/find-a-pet/dog-breeds/hungarian-puli
Tarix : 22 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.