• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
passion-meyvesi-marakuyya

Passion meyvəsi (Marakuyya)

Passion meyvəsi (Marakuyya) - Passiflora cinsinə aid bir neçə bitkinin meyvəsi. Tupi dilindən mara kuya, yəni "özünə xidmət edən meyvə" və ya "çuya içində qida" anlamına gəlir. Təsviri Passion meyvələri yuvarlaq və ya oval formada olur və eni 3,81–7,62 santimetr (1,5–3 düym) arasında dəyişir. Meyvənin rəngləri sarı, qırmızı, bənövşəyi və ya yaşıl ola bilər. Tarixi Passion meyvəsi cənubi Braziliya, Paraqvay və şimali Argentina bölgəsindən qaynaqlanır. Qədim dövrlərdən etibarən əsasən bu bölgələrin yerli icmaları tərəfindən becərilmişdir. Daha sonra 1553-cü ildə ispan və portuqal müstəmləkəçiləri tərəfindən Avropaya gətirilmişdir. Növləri - Bənövşəyi passion meyvəsi (Passiflora edulis Sims), - Sarı passion meyvəsi (Passiflora edulis f. flavicarpa Deg.), - Şirin qranadilla (Passiflora ligularis), - Nəhəng qranadilla (Passiflora quadrangularis L.). İstifadəsi Meyvənin çoxlu toxumu olan şirəli mərkəzi yeyilir. Passion meyvəsinin istifadə olunan hissəsi şirəli toxum hissəsidir. Meyvə həmçinin sıxılaraq şirə hazırlanmasında istifadə olunur və un məmulatlarında, digər bişmiş məhsullarda istifadə edilə bilər.


İstinadlar

Tarix : 20 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.