• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
paraket

Paraket

Paraket - Adətən uzun quyruq tükləri olan kiçik və orta ölçülü papuqay növü. "Parakeet" adı fransızca "perroquet" sözündən yaranmışdır və bəzən bu söz köhnə yazılışlarla - "paroquet" və ya "paraquet" - olaraq yazılır. Lakin müasir Fransızcada, "perruche" sözü paraketlər və oxşar ölçüdəki papuqaylarr üçün istifadə edilir. Amerikan ingiliscəsində, "parakeet" sözü adətən "budgerigar"ı (Melopsittacus undulatus) ifadə edir, bu isə paraketlərin bir növüdür. Xüsusiyyətləri Paraketlər, kiçik ölçülü, ince bədənli, uzun və şiş quyruqlu, toxumla qidalanan 115-dən çox növü əhatə edən papuqay ailəsinin bir üzvüdür. Avstraliyanın "budgerigar"-ı ən məşhur paraket növüdür və"budgie" adı ilə tanınır. Bu növ 1891-ci ildə zooloqlar tərəfindən təsvir olunmuşdur və Şimali Amerika və Avropada ən çox ev heyvanı kimi saxlanılan parakeet növüdür. "Grass parakeet" (və ya grasskeet) sözü, Avstraliyanın çəmənliklərinə aid olan bir neçə kiçik paraket növünə aiddir. Kiçik, uzun quyruqlu lorilər ("lorikeets") də parakeet adlandırıla bilər. "Ring-necked parakeet" adlı növ, Afrika və Asiyada təbii yaşayan, ev heyvanı kimi məşhur olan və bir çox şəhərdə təbii yayılmağa başlayan "Psittacula cinsinə" aid bir növü ifadə edir. Daha iri növlər bəzən "papağan" və ya "parakeet" termini ilə qarışdırıla bilər. Məsələn, "Alexandrine parrot" və ya "Alexandrine parakeet" ifadələri, "Psittacula eupatria" növünün iki çox istifadə oluna adıdır, bu növ ən iri paraket növlərindən biridir. Bir çox fərqli parakeet növü kommersiya məqsədilə ev heyvanı olaraq yetişdirilir və satılır, "budgerigar" isə dünyada ən çox saxlanılan üçüncü ev heyvanıdır (pişiklər və itlərdən sonra). Çoxalma Paraketlər daha çox qruplar halında çoxalır; lakin, məkan məhdud olduqda, cütlər arasında və ya fərdlər arasında mübahisələr baş verə bilər. Digər paraketlərin mövcudluğu, cütlərin çoxalmağa təşviq edir, buna görə də, qruplarla çoxalmaq daha yaxşıdır. Buna baxmayaraq, bir çox yetişdirici, mübahisələrdən qaçınmaq və balanın nəsli ilə bağlı dəqiq məlumat əldə etmək məqsədilə cütlər halında çoxaltmağı seçir. "Budgerigar"-lər ortalama 4-6 yumurta qoyurlar. Amerika Populyasiyası "Brooklyn" və "Queens"-də artan monk paraket populyasiyası müşahidə olunur, lakin bu növün Nyu-York şəhərinin beş rayonunda da mövcud olduğu bildirilir. Avropa Populyasiyası Belçika Populyasiyası- 2023-cü il etibarilə, Brüsseldə təxminən 10,000 paraket yaşadığı təxmin edilir. Bu rəqəm onları şəhərin ən çox yayılmış quşları sırasına salır.İlk iki sırada isə göyərçin və qarğalar qərarlaşıb. İspaniyanın Populyasiyası- 2018-ci il tarixli bir hesabatda, İspaniya hakimiyyətinin Malaqa şəhərində 30,000-ə qədər artmış parake t populyasiyasını nəzarət altına almaq məqsədilə tədbirlər hazırladığını bildirmişdir. Birləşmiş Krallıq Populyasiyası- 2019-cu ilin dekabrında, Londonun "Queen Mary Universiteti"-ndən Steven Le Komber, "Journal of Zoology" jurnalında coğrafi profilin metodlarından istifadə edərək bir analiz dərc etmişdir. Bu analiz nəticəsində, Böyük Britaniyadakı "rose-ringed parakeet" populyasiyasının kiçik miqyası təsadüfi və insanların qəsdən ev heyvanı buraxılmaları nəticəsində inkişaf etdiyi məlum olmuşdur.


İstinadlar

Tarix : 22 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.