- Wikisun
Pambıq başlı tamarin (Saguinus oedipus) - Çəkisi 0,5 kq-dan az olan kiçik meymun. Bu meymun 24 ilə qədər yaşaya bilir, lakin əksəriyyəti 13 yaşına kimi ölür. Ən kiçik primatlardan biri olan Tamarin, alnından çiyinlərinə qədər uzanan uzun, ağ tüklər ilə asanlıqla tanınır. Bu növ tropik meşələrin kənarlarında (Amerika qitəsində) və Kolumbiyanın şimal-qərbindəki meşələrdə olur. Əsas qidaları böcəklərdən, bitki və onun komponentlərindən ibarətdir. Xüsusiyyətləri Çoxşaxəli sosial davranış nümayiş etdirir. Xüsusilə, qruplarda yalnız dominant cütlərin çoxaldığı aydın bir hökmranlıq iyerarxiyası formalaşır. Dişilər əkiz bala doğur. Dominant dişi, digər dişilərin üzərinə feromon maddəsi (Xüsusi qoxu yayaraq digər fırdləri özündən fərqləndirir) tökərək erkəklərin onlara yaxınlaşmasının qarşısını alır. Bu tamarinlər yüksək qarşılıqlı yardım səviyyələri, altruistik və pis davranışları sayəsində hərtərəfli öyrənilmişdir. Ən miniatür meymun ailəsi olan "Callitrichidae"yə aiddir. Orta çəkisi 432 qramdır. Başının və bədəninin uzunluğu 20,8–25,9 sm , yapışmayan quyruğu isə 33-41 sm təşkil edir. Bu növ cinsi dimorfizmdə fərqlənmir, erkəklər və dişilər eyni ölçüdə və çəkidə olurlar. Digər primatlara xas olan düz dırnaqları olan baş barmaqları istisna olmaqla, bütün barmaqlarında kəskin dırnaqları var. Bu səbəbdən pəncələri dələ pəncələrinə bənzəyir və ağaclarda rahat hərəkət etməyə kömək edir. Başın arxasındakı və boynundakı ağ saçlar adına təsir edir. Üz dərisi qara rəngdə, gözlərinin üstündə boz və ya ağ zolaqlar var. Bu zolaqlar üzün kənarı boyunca çənəyə qədər davam edir. Tamarinlər ümumiyyətlə xarici xüsusiyyətlərinə görə üç qrupa bölünür: Tüklü, ləkəli və çılpaq. Üzünü örtən nazik ağ saçları var, lakin o qədər nazikdir ki, çılpaq görünür, Ona görə də açıq üzlü tamarin hesab olunur. Onun digər dişləri kəsici dişlərdən daha uzundur. Çənəsinin hər tərəfində iki azı diş var. Arxası qəhvəyi, alt hissə, qollar və ayaqlar ağımtıl sarıdır. Daxili budlar və quyruğun yuxarı hissəsi qırmızı-narıncıdır. Kürk bədən boyunca müxtəlif sıxlıqlarda paylanır: cinsiyyət bölgəsi, qoltuqaltı və quyruq bazası daha az sıxlığa malikdir, ön hissəsi isə xeyli sıxdır. Bir çox fərdin boynunda parlaq rəngli yun zolaqları və ya qıvrımları var. Pambıq topasının alnında və ağzının ətrafında bığları da var. 1976-cı ilə qədər 40.000-ə qədər pambıq başlı tamarinin qanunsuz heyvan ticarətinin qurbanı olduğu düşünülür. Tamarinin yaşadığı Kolumbiyanın şimal-qərbindəki meşələrin sahəsinin 5% azalması, saylarının kəskin azalmasına səbəb olmuşdur. Hal-hazırda nəsli kəsilməkdə olan növ kimi təsnif edilir və vəhşi təbiətdə 6000 fərdlə dünyanın ən nadir primatlarından biridir. Taksonomiya və adlar İngilis dilindən tərcümədə "Pambıq başlı tamarin" mənasını verir. Adı başını örtən və boynuna düşən ağ tüklərdən gəlir. İspan dilində "Bichichi", "Titi Pielroha", "Titi Blanco", "Titi cabeza Blanca" və "Titi leoncito" adlanır. Bu növ ilk dəfə 1758-ci ildə Karl Linnes tərəfindən məşhur "Systema Naturae" kitabının 10-cu nəşrində təsvir edilmişdir. Ekologiya Tamarinin qidası əsasən meyvələrdən və heyvan məhsullarından ibarətdir. Buraya böcəklər, qurbağalar, meyvə nektarı, sürünənlər, bitki və bitki hissələri daxildir. Heyvanın kiçik ölçüsü və həzm sisteminin mürəkkəbliyi səbəbindən yüksək kalorili qidaların yeyilməsi vacibdir. Tamarinlər tropik ekosistemlərdə toxum paylayıcı rolunu oynayır. Böyük primatlar daha böyük toxumları yeyərkən, tamarinlər daha kiçik toxumları yeyirlər. Atılan toxumların cücərməsi onların paylayıcı rolunu formalaşdırır. Gündüzlər yarpaqlı ağaclarda yatır. Gecə aktiv olmalarının səbəbi yırtıcılardır. Əsas düşmənləri quşlar, pişiklər və ilanlardır. Ətrafa qarşı son dərəcə həssasdır, hər zaman potensial yırtıcıların hücumuna hazırdır. Qrup istirahət edərkən bir fərd kənara çəkilir və təhlükəni görsə, qrupu xəbərdar etmək üçün keşik çəkir.
https://en.wikipedia.org/wiki/Cotton-top_tamarin
https://animaldiversity.org/accounts/Saguinus_oedipus/
https://animalia.bio/cotton-top-tamarin
https://www.nationalgeographic.com/animals/mammals/facts/cotton-top-tamarin
https://www.proyectotiti.com/en-us/Cotton-top-Tamarins/Cotton-Top-Tamarins
https://www.uticazoo.org/cottontoptamarin/
Tarix : 19 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.