• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
2
2
4
0
ombrofobiya

Ombrofobiya

Ombrofobiya (yunanca ombros – "yağış" və phobos – "qorxu") - Yağışa və ya yağışla bağlı hadisələrə qarşı həddindən artıq və məntiqsiz qorxu hissi ilə xarakterizə olunan spesifik fobiya. Səbəblər - Travmatik təcrübələr: Uşaq yaşlarında yaşanmış güclü yağış, fırtına və ya daşqın kimi təbii fəlakətlər insanın psixikasında iz buraxa bilər. - Valideynlərin və ya ətraf mühitin təsiri: Əgər uşaqlıqda valideynlər və ya yaxınlar yağışa qarşı həddindən artıq ehtiyatlı və qorxaq yanaşıblarsa, bu qorxu insana ötürülə bilər. - İqlim və coğrafi şərait: Güclü yağışların, daşqınların və tufanların sıx müşahidə olunduğu yerlərdə yaşayan insanlarda bu fobiya daha çox inkişaf edə bilər. Simptomlar Psixoloji simptomlar: Həddindən artıq narahatlıq və panika,yağış yağacağını düşünərək qorxu hissi,evdən çıxmaq istəməmək,təhlükəsiz yer axtarmaq istəyi və yuxusuzluq və pis yuxular bunlardan biridir. Fiziki simptomlar: Ürək döyüntüsünün sürətlənməsi,təngnəfəslik,tərləmə və üşütmə hissi,əl və ayaqlarda titrəmə,baş gicəllənməsi və ürəkbulanma kimi hallar baş verə bilər. Müalicə Meditasiya və nəfəs məşqləri Yoqa və rahatlama texnikaları Bitki çayları (məsələn, valeriana və ya melisa)


İstinadlar

Tarix : 7 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.