• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
northwoods-emeliyyati

"Northwoods" əməliyyatı

"Northwoods" əməliyyatı - 1962-ci ildə ABŞ hökumətinin Müdafiə Nazirliyində təklif olunan "saxta bayraq" əməliyyatı. Təkliflərə əsasən, CIA əməliyyatçıları ABŞ-ın hərbi və mülki hədəflərinə qarşı terror aktları təşkil etməli və bunları Kuba hökumətinin üzərinə ataraq, Kuba ilə müharibə başlatmaq üçün bəhanə yaratmalıydılar. Sənəddəki təkliflər arasında ABŞ Hərbi Hava Qüvvələrinə aid təyyarələri gizli şəkildə Kuba təyyarələri rəngində boyamaqla cəmiyyəti aldatmaq, Kuba sahilində ABŞ Hava Qüvvələrinin döyüş təyyarəsinin "vurulması", Kuba köçkünlərinin öldürülməsi, dənizdə olan Kuba qaçqınlarının qayıqlarının batırılması, ABŞ gəmisinin partladılması və ABŞ şəhərlərində terrorizmin təşkili kimi ssenarilər yer alırdı. Bu təkliflər, Prezident Con Kennedi tərəfindən rədd edilmişdir. Tarixi və konteksti Fidel Kastro 1959-cu ildə Kubada hakimiyyəti ələ keçirdikdən sonra, kommunistləri yeni Kuba hökumətinə daxil etməyə, ABŞ şirkətlərini milliləşdirməyə və Sovet İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa başlamışdır. Bu isə Soyuq Müharibə dövründə ABŞ hərbi rəhbərliyinin narahatlığına səbəb olmuşdur. "Northwoods" əməliyyatı, Kuba hökumətini terrorizmdə ittiham edərək, ABŞ-ın Kuba ilə müharibə aparması üçün ictimai dəstək yaratmaq məqsədi daşıyırdı. "Northwoods" əməliyyatının təklifləri arasında, ən qəddarı Kuba hökumətini günahlandırmaq üçün ABŞ-ın gizli şəkildə terror aktları həyata keçirməsi planı idi. Bu, Kuba hökumətinin dəstəyi ilə həyata keçirilmiş kimi təqdim ediləcəkdi. Sırf bu planın əsas məqsədi Fidel Kastronun artan imicini zədələmək idi. Təklifin açıqlanması və təsirləri Əməliyyatın sənədləri 1997-ci ildə ictimaiyyətə açıqlanmışdır. Bu, "Con Kennedi Qətlinin Araşdırma Komitəsi" tərəfindən həyata keçirilmişdir və həmin dövrün 1521 səhifəlik gizli hərbi qeydləri dərc edilmişdir. Bu sənədlərin bir hissəsi, CNN ilə əməkdaşlıq edərək, 1998-ci ildə yayımlanan "Soyuq Müharibə" sənədli filmində təqdim edilmişdir. 2001-ci ildə isə "National Security Archive" bu sənədləri daha geniş şəkildə dərc etmişdir. "Northwoods" əməliyyatı ilə yanaşı, ABŞ Müdafiə Nazirliyi Kuba rejiminə qarşı bir sıra digər oxşar əməliyyatlar da hazırlamışdı. "Mongoose Operatin" çərçivəsində, Kuba ilə bağlı bir sıra senarilər hazırlanmışdır. - Kuba obyektlərinə qarşı "yalan bayraq" hücumları - ABŞ obyektlərində saxta hücumların təşkil edilməsi - Kuba hökumətini günahlandırmaq üçün "elektron müdaxilə"nin həyata keçirilməsi. Reaksiya və nəticələr Kennedi, "Northwoods" əməliyyatı təklifini rədd etdikdən sonra, Lemnitzeri Hərbi Şeflər Komitəsinin rəhbərliyindən çıxardı. ABŞ hərbi rəhbərliyi, Kennedinin Kuba məsələsində "yumşaq" bir mövqe tutduğunu düşünməyə başladı və bu, prezidentin hərbi rəhbərliklə əlaqələrini daha da pisləşdirdi. 1963-cü ilin iyun ayında, Kennedi Sovet İttifaqına qarşı sülh addımı olaraq, nüvə sınaqlarının qadağan edilməsi təklifi ilə çıxış etdi. 2001-ci ildə Ceyms Bamford tərəfindən yazılan "Body of Secrets" kitabı ilə ictimaiyyətə bu təklif haqqında daha çox məlumat təqdim olundu.


İstinadlar

Tarix : 20 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.