• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
navaho-qebilesi

Navaho qəbiləsi

Navaho - Şimali Amerikanın yerli xalqlarından biri. ABŞ-ın cənub-qərb hissəsində, xüsusən Arizona, Yeni Meksiko və Yuta bölgələrində yaşayırlar. Navaho xalqı, zəngin mədəniyyəti, ənənələri və dili ilə tanınır. Dünyada yaşayan ən böyük yerli xalq qruplarından biri hesab olunur. Onlar, Atabask dil ailəsinə aid bir qrupdan törəyən, tarix boyunca müxtəlif işğallar və köçürmələrə məruz qalmış bir xalqdır. Tarixi Navaho xalqının əcdadlarının, E.Ə 900-1000-ci illərdə Şimali Amerikaya köçdüyü təxmin edilir. Bu köç, ehtimal ki, Bering boğazı vasitəsilə olmuş və onların əcdadları, Şimali Amerikanın şimal və qərb bölgələrinə yayılmışdır. Navaho xalqı, zamanla Meksika və Şimali Amerikanın cənub-qərb hissəsində yerləşmiş, xüsusilə ABŞ-ın qərbində özünü inkişaf etdirərək müstəqil bir toplum halına gəlmişdir. 19-cu əsrdə, Navaho xalqı, ABŞ-ın qərbə doğru genişlənməsi və yerli xalqlara qarşı həyata keçirilən zorla köçürmə siyasətinin bir hissəsi olaraq çox çətin bir dövr keçirmişdir. 1848-ci ildə Meksika-ABŞ müharibəsi nəticəsində, Meksika torpaqlarını itirmiş və bu, Navaho xalqı da daxil olmaqla, yerli xalqlar üçün yeni təzyiqlər yaratmışdır. 1860-cı illərdə Navaho xalqı, General James H. Carletonin rəhbərliyi altında öz torpaqlarından zorla çıxarılmağa başlanmışdır. 1863-cü ildə Bosque Redondo adlanan yerdə müvəqqəti düşərgə yaradılmış, burada Navaho xalqı çox çətin şərtlərdə yaşamışdır. Məcburi köçürülmə dövründə çoxsaylı insan aclıq, xəstəliklər və sərt iqlim şəraitindən həyatını itirmişdir. Bu dövr, Navaho xalqının tarixində "Yaralı Yol" adlandırılmışdır. 1868-ci ildə, Navaho xalqı ilə ABŞ hökuməti arasında imzalanan Navaho müqaviləsi ilə Navaho xalqına öz torpaqlarına geri dönmək icazəsi verilmişdir. Bu müqavilə, onların torpaqlarını bərpa etməyə və müstəqil bir şəkildə idarə etmək hüququnu təmin etmişdir, lakin ABŞ hökuməti hələ də onların həyatına ciddi müdaxilələr etməyə davam edirdi. Mədəniyyət və dini inanclar Navaho xalqına məxsus ən məşhur mədəniyyət nümunəsi Navaho xalçaları hesab olunur. Navaho xalçaları dünyanın ən qiymətli xalçalarından biri sayılır və Navaho xalqının ənənəvi naxışları ilə fərqlənir. Navaho xalqının dini inanc sistemi təbiətlə sıx bağlıdır. Onlar "Müqəddəs Xalq" adlandırdıqları təbiət gücləri ilə əlaqəli varlıqlara inanırlar. Navaho dini mərasimləri, şəfa verən "singer"lər və digər rituallarla keçirlər. Onlar dünyada hər şeyin bir ruhu olduğuna inanır və insanın təbiətlə uyğun şəkildə yaşaması lazım olduğuna böyük önəm verirlər. Onların qeyri-rəsmi də olsa dinləri "Şamanizm" hesab olunur. Dil Navaho dili, Atabask dil ailəsinin bir hissəsidir və çox mürəkkəbdir. 20-ci əsrdə, Navaho dili tədricən yox olmağa başlamışdı, lakin 1970-ci illərdən sonra Navaho xalqı dilini qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə bir sıra layihələr həyata keçirməyə başlamışdır. İkinci Dünya Müharibəsi zamanı, Navaho dilində danışan "Kod qırıcıları" (Code Talkers) adlı hərbi dəstə yaradılmışdı. Navaho dilinin mürəkkəbliyi düşmən qüvvələr tərəfindən açıla bilmədiyindən, bu dil müharibə zamanı düşmənə qarşı əlaqə və şifrələmə məqsədilə istifadə edilmişdir. Bu, müharibənin gedişatında ABŞ-a böyük bir üstünlük qazandırmışdır. Müasir dövr Bugün, Navaho xalqı, "Navajo Nation" adlanan müstəqil bir idarəetmə bölgəsi qurmuşdur. Bu bölgə, ABŞ-da ən çox məskunlaşma olan bölgələrdən birir hesab olunur. Navaho xalqı, müstəqil şəkildə öz mədəniyyətini yaşadır, iqtisadiyyat və təhsil sahələrində inkişaf etmək üçün müxtəlif layihələr həyata keçirir.


İstinadlar

Tarix : 9 dekabr 2024


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.