• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
naked-neck-toyuq-novu

Naked Neck (toyuq növü)

Naked Neck (Çılpaq Boyun) - Boyun və qarın hissəsində təbii olaraq lələkləri olmayan toyuq cinsi.  Mənşəyi Çılpaq Boyun toyuğunun mənşəyi dəqiq məlum deyil. Ümumi bir nəzəriyyəyə görə, bu cins Asiyada yaranmışdır, burada bəzi ölkələrdə uzun müddət döyüş quşu kimi yetişdirilmişdir. Həmçinin bu cins qədim Yaponiya rəsmlərində də təsvir edilmişdir. Daha sonra bu cins Transilvaniyaya gətirilmişdir, burada onun yetişdirilməsi XIX əsrin sonlarında sənədləşdirilmişdir. Daha sonra bu cins Almaniyaya təqdim edilmiş, orada təkmilləşdirilərək Avropanın və Amerikanın digər bölgələrinə yayılmışdır. Xüsusiyyətlər Çılpaq Boyun cinsinin çox qeyri-adi görünüşünə baxmayaraq, bu cins əsasən sərgi quşu kimi tanınmır və həm yumurta, həm dət ət istehsalı üçün istifadə olunan iki məqsədli cinsdir. Onlar kifayət qədər açıq qəhvəyi yumurta qoyur və ət istehsalı üçün arzuolunan hesab olunur, çünki onları dərişmək daha asandır və ətli bədən quruluşuna malikdirlər. Onlar çox yaxşı yem axtaran quşlardır və əksər xəstəliklərə qarşı immunitetə malikdirlər. Bu cins, lələklərinin az olmasına baxmayaraq, soyuğa da davamlıdır. Çılpaq Boyun xoruzları tək ibik daşıyır və boyun və baş hissələri günəşə daha çox məruz qaldığı üçün tez-tez parlaq qırmızı rəng alır. Bu cins digər toyuqlara nisbətən təxminən yarısı qədər lələyə malikdir, bu da onları isti iqlimə davamlı və dərişmək üçün daha asan edir.


İstinadlar

Tarix : 25 fevral 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.